“SABAH” qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə
Bakı, 22 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2020-2021-ci tədris ilinin yaz semestri üzrə ailə hüququ fənni vakant elan edilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Bu tələblərə cavab verən və müsabiqədə iştirak etmək istəyən namizədlər fevralın 22-si saat 23:59-dək müraciət formasını doldurmalıdırlar.
Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]
AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 06.10.2026 [00:08]
Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür
- 05.10.2026 [19:27]