“SABAH” qruplarının tələbələri üçün təlim təşkil edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH” qruplarının tələbələri üçün "E-bacarıqlar" adlı təlim keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “SABAH” qrupları ilə “GoldenPay” ASC-nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimdə "Layihələrin idarə edilməsi", "Nədir bu React JS?", "İnformasiya sistemlərin qurulması" mövzuları haqqında məlumat verilib.
Daha sonra təlimçilər Fəxri Hüseynov, Amil Abdullazadə və İlqar Qaraxanov sualları cavablandırıblar.
Təlimi müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim olunub.