Sabah Şəriəti: "Rio-2016"da qazandığım medalı azərbaycanlılara həsr edirəm
Bakı, 16 avqust, AZƏRTAC
Çox sevinirəm ki, Olimpiya medalı qazandım və Azərbaycanın üçrəngli bayrağını qaldırdım. Üç illik əziyyətim hədər getmədi. Mənə şərait yaratdıqları üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasına öz təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Rio-2016" Yay Olimpiya Oyunlarında 130 kiloqram çəki dərəcəsində bürünc medal qazanan yunan-Roma güləşçimiz Sabah Şəriəti Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.
Güləşçi bildirib ki, bürünc medal uğrunda görüşdüyüm almaniyalı rəqibim çox güclüdür. Son Avropa çempionatında ona məğlub olmuşdum. Ancaq bu dəfə məşqçilərin fikri ilə başqa taktika ilə güləşdim və bu da öz nəticəsini verdi. Rəqibin narazılığına baxmayaraq, onu təmiz qələbə ilə məğlub etdim. Bunu hakimlər də öz qərarları ilə təsdiq etdilər.
İlk görüşündə boğazından zədələndiyini bildirən güləşçi dörddəbir finaldakı məğlubiyyətini belə şərh edib: "Boğazımdakı zədədən sonra çox çətin idi. Xalçada özümü demək olar ki, hiss etmirdim. Məğlubiyyətimin əsas səbəbi də elə bu oldu. Buna baxmayaraq mükafatçılar sırasında yer aldım. Qazandığım bürünc medalı bütün azərbaycanlılara həsr edirəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]