Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr olacaq. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25, bəzi yerlərdə 28-33 dərəcə isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr olacaq. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25, bəzi yerlərdə 29-33 dərəcə isti olacağı ehtimalı var.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr olacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında qərb rayonlarından başlayaraq, bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr olacaq. Havanın temperaturunun gecə 17-22, gündüz 27-32, dağlarda gecə 13-17, gündüz 20-25 dərəcə isti olacağı bildirilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr təşkil edəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 5-10, arabir 12-14 metr təşkil edəcək. Havanın temperaturu gecə 22-25, gündüz 30-35, dağlarda gecə 15-19, gündüz 24-28 dərəcə isti olacaq.