SABİRABADDA EV QUŞLARININ KÜTLƏVİ TƏLƏFATI BARƏDƏ MƏLUMATLARIN HEÇ BİR ƏSASI YOXDUR
Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Sabirabad rayonunun kəndlərində ev quşlarının kütləvi tələfatı barədə bəzi qəzetlərdə yayılan məlumatları araşdırmaq məqsədi ilə fevralın 6-da həmin rayonda monitorinq aparılmışdır.
DBX-nın yerdəki mütəxəssisləri adıçəkilən kəndlərdə olmuş, sakinlərlə görüşüb həyətlərdə saxlanılan quşların sağlamlığına baxış keçirmişlər. Araşdırmalar zamanı kəndlərin heç birində ev quşlarının kütləvi tələfatı aşkarlanmamışdır.
Dövlət Baytarlıq Xidməti əhalini belə yanlış məlumatlara inanmamağa çağırır və bildirir ki, monitorinqlər davam etdirilir və bu günə kimi respublika ərazisində quş qripi virusu xəstəliyinə təsadüf edilməmişdir.
Təşkilat ev quşlarının qapalı şəraitdə saxlanması barədə qərarın, eləcə də köçəri və çöl quşlarının ovlanmasına, satılmasına və onlardan qida məhsulu kimi istifadəsinə qoylan məhdudiyyətin hələ də öz qüvvəsində qaldığını bildirir.
Dövlət Baytarlıq Xidməti əhalidən çöl və ya ev quşlarının tələfatı barədə təşkilatın yerli idarələrinə vaxtında məlumat verməyi xahiş edir. Bununla əlaqədar Dövlət Baytarlıq Xidmətinin nəzdində 563-41-57 nömrəli “qaynar xətt” yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]