Şabran rayonu ərazisində qatarla traktor toqquşub VİDEO
Şabran, 25 mart, AZƏRTAC
Martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktor toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.