Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabran şəhərini içməli su ilə təmin edəcək xəttin açılış mərasimi keçirilmişdirVİDEO

Şabran, 19 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi: - Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Doğrudan da böyük hadisədir, tarixi hadisədir. Şabran şəhərinə suyun verilməsini qeyd edirik və bir daha demək istəyirəm ki, bu hadisə böyük əhəmiyyətə malikdir. Çünki içməli su insan üçün, insanın sağlamlığı üçün ən vacib amildir. Mən şadam ki, indi Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya layihələri icra edilir. Bəzi yerlərdə bu layihələr artıq başa çatıb, bəzi yerlərdə hələ ki, icra edilir və yaxın 2-3 il ərzində ölkəmizin hər bir şəhərində təmiz içməli su layihələri istismara veriləcəkdir.

Bu, tarixi layihədir, tarixi əhəmiyyətə malikdir. Çünki əsrlər boyu su problemi bizim insanları incidirdi, su qıtlığı yaşanırdı. Müxtəlif dövrlərdə layihələr icra edilmişdir. Ancaq sonra bu layihələrin imkanları tələbatımızı ödəmirdi. Çünki ölkə inkişaf edir, əhali artır. İndi artıq Azərbaycanın 9 milyon 400 min əhalisi vardır və tələbat artdıqca əlbəttə ki, biz yeni layihələrin icrasına da başlamalıyıq və bunu edirik. Bu proses Bakı şəhərində, böyük şəhərlərdə çox geniş vüsət almışdır. Hər bir şəhərdə içməli su-kanalizasiya layihələri icra edilir.

İnsanların sağlamlığı ən başlıca vəzifədir. Sağlamlığı təmin etmək üçün müxtəlif kompleks tədbirlər görülür. İlk növbədə, içməli su təminatına diqqət yetirilir. Özü də bu içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur, yəni, təmizdir, keyfiyyətlidir. Tibbi xidmət əlbəttə ki, çox vacibdir və bu məsələ də öz həllini tapır. Ekoloji tədbirlər, idman, digər amillər. Ancaq onların içində içməli su birinci yerdədir. Biz bu layihənin səmərəsini görəcəyik, gələcək nəsillər də görəcəkdir. Mən çox şadam ki, Şabranda artıq bu layihə tamamilə hazırdır, içməli su və kanalizasiya layihələri istifadəyə verilir. Əlbəttə ki, bu kimi layihələr ölkəmizin imkanlarını göstərir. Müstəqil Azərbaycan dövləti bu layihələri icra etməyə qadirdir. Biz 20 ildən bir qədər çox müstəqilik. Müstəqilliyin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görür. Bizim taleyimiz öz əlimizdədir və ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik.

Şabran rayonunda digər böyük layihələr icra edilir. Deyə bilərəm ki, ölkə miqyasında və qeyri-neft sektorunda ən iri layihələrdən biri olan Taxtakörpü su anbarı layihəsi icra edilir. Bu gün biz Vəlvələçay-Taxtakörpü su kanalının açılışını qeyd etdik. Artıq Taxtakörpü gölünə suyun doldurulması başlanmışdır. Bu da ölkə miqyasında nəhəng layihədir, 180 min hektar sahəni əhatə edəcəkdir. 180 min hektarda suvarma yüksək səviyyədə təşkil ediləcək, 30 min hektar sahəyə isə yenidən su veriləcəkdir. Yəni, bu, kənd təsərrüfatının inkişafına, fermerlik fəaliyyətinə təkan verəcək, nəticədə ölkənin qeyri-neft sektoru inkişaf edəcəkdir. Bizim daxili tələbatımızı öz hesabımıza təminetmə prinsipi təmin ediləcəkdir. Yəni, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Taxtakörpü su anbarı, su elektrik stansiyası, kanallar nəhəng infrastruktur layihələridir. Ancaq güclü dövlətlər belə layihələri icra edə bilərlər. Azərbaycanda nəhəng layihələr icra edilir. Bu, əlbəttə ki, bir tərəfdən ölkəmizin gücünü göstərir, digər tərəfdən dövlət siyasətini əks etdirir. Çünki bu layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu, elə layihələrdir ki, buraya qoyulan vəsait dövlətə birbaşa qayıdan vəsait deyildir. Bu, yalnız insanlara şərait yaratmaq, xidmət göstərmək və biznes imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuşdur. Yaxın aylarda Taxtakörpü gölündə suyun səviyyəsi tamamilə təmin ediləcəkdir və bu nəhəng layihə istismara veriləcəkdir. Bu layihə onilliklər, yüzilliklər bundan sonra da bizə xidmət edəcəkdir.

Bu gün səhər biz kənd yolunun istismara verilməsini də qeyd etdik. Bu da çox vacib layihədir. İndi Zeyvə kəndinə qədər uzanan yol müasir standartlara cavab verir və bu da bizim niyyətimizi göstərir. Kənd yollarının tikintisi ölkəmizdə, o cümlədən Şabran rayonunda geniş vüsət almışdır. Kəndlərdə yaşayan insanlar da normal imkanlardan istifadə etməlidirlər. Kənd yolları vacib məsələdir, insanların rahatlığı, hər bir rayonun inkişafı üçündür.

Bax, bir gündə Şabranda qeyd olunan hadisələr onu göstərir ki, ölkəmiz nə qədər hərtərəfli inkişaf edir. Həm sosial layihələr, infrastruktur layihələri icra edilir, şəhər də abadlaşır, yeni parklar salınır. Mən buna çox sevinirəm, bunu təqdir edirəm. Hər bir yerdə, hər bir şəhərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, xiyabanlar ki, ictimaiyyət onlardan istifadə etsin və Şabranda da bu işlər gedir. Burada gələcəkdə diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac vardır. Çünki Şabran qədim yaşayış yeridir, burada arxeoloji qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və mütləq müasir diyarşünaslıq muzeyi də yaradılmalıdır, bu gün müvafiq göstərişlər verilmişdir.

Bu gün sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik və bu hadisə münasibətilə sizi təbrik edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevə Şabran ictimaiyyəti adından minnətdarlığını bildirən rayon sakini Ağaşirin BAĞIROV dedi:

- Möhtərəm cənab Prezident!

Şabrana xoş gəlmisiniz. Biz Sizi rayonumuzun camaatı adından səmimi qəlbdən təbrik edirik və salamlayırıq. Cənab Prezident, bu gün rayonumuzun həyatında olduqca əlamətdar günlərdən biridir. Bu müqəddəs Ramazan günlərində Siz bizim camaata içməli su, şəfalı su verirsiniz. Su isə həyat və sağlamlıq deməkdir, cənab Prezident!

Biz televiziyadan izləyirik. Siz mütəmadi olaraq bölgələrdə, rayonlarda içməli su açılışlarında iştirak edirsiniz. Vaxtınızın çox məhdud olmasına baxmayaraq, şəxsən özünüz bu açılışlarda iştirak edirsiniz. Xalqın sevincli, şad saatlarında onlarla birlikdə olursunuz. Bununla Siz xalqa çox doğma olursunuz. Bu işinizlə cənab Prezident, Siz mehribanlığınızı büruzə verirsiniz.

Bu yaxınlarda Ağstafa şəhərində içməli su açılışında iştirak edirdiniz. İnanın, möhtərəm Prezident, insanların gözündə, mimikasında o xoşbəxtliyi, o məmnunluğu görməmək mümkün deyildi. Siz o insanları məmnun etdiniz. Bu xoşbəxtliyi bu gün bizə bəxş edirsiniz. Yüksək diqqət və qayğınız nəticəsində şəhərimizin 26 min nəfərlik əhalisi daimi içməli su ilə təmir olunur. Bu, eyni zamanda, şəhərimizin içməli su, kanalizasiya probleminin növbəti 50 il müddətində təminatı deməkdir. Buna görə Sizə rayonumuzun sakinləri adından dərin minnətdarlığımızı, təşəkkürümüzü bildirirəm.

Möhtərəm cənab Prezident, ölkəmizin hər bir bölgəsində olduğu kimi, bu gün bizim rayonumuz da inkişaf edir, böyüyür, gözəlləşir. Qədim Şabranımız bu gün müasirləşir, yeniləşir, yeni-yeni park və xiyabanlar açılır, yeni müəssisələr istifadəyə verilir, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binalar tikilir. Ən ucqar dağ kəndlərimizə yollar çəkilir. Son 10 ildə ölkəmizdə baş verən müsbət dəyişikliklər hamımızın ürəyində böyük iftixar hissi yaradır. Azərbaycanın dünyada qüdrəti artır. Elə bu yaxınlarda Bakıda keçirilən paradda Siz Azərbaycanın hərbi, iqtisadi gücünü bir daha dünyaya nümayiş etdirdiniz, cənab Prezident!

Bu, bizim qəlbimizdə böyük fəxarət doğurur. Biz bugünkü firavan günümüzü, sabahkı xoşbəxt gələcəyimizi görüb sevinirik, cənab Prezident!

Sizin nəcib əməlləriniz, fəaliyyətiniz barədə hər yerdə danışılır, övladlarımızın dilindən düşmür, bizi qəlbən sevindirir. Bilirsiniz ki, biz ziyalılar həmişə Sizinlə olmuşuq, açığını deyirəm, bu, sirr deyil, növbəti seçkilərdə də Sizinlə olacağıq, Sizə səs verəcəyik, Sizi seçəcəyik.

Çünki biz bugünkü firavan həyatımızın, xoşbəxt gələcəyimizin davamını görmək istəyirik. Buna isə yalnız Siz qadirsiniz, möhtərəm cənab Prezident! Sizə inanırıq, Sizə güvənirik, Sizdən ilham alırıq. Allah Sizi qorusun!

X X X

Sonra Azərbaycan Prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış oldu.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Şabran rayon mərkəzinin 29 min 659 nəfərlik əhalisini içməli su ilə təmin etmək üçün layihəyə əsasən su mənbəyi kimi ikinci Bakı su kəməri nəzərdə tutulmuşdur. Bu məqsədlə 134 min 800 metrlik su xəttinin və 122 min 700 metr kanalizasiya xəttinin çəkilməsi, 100 kubmetrlik sutəmizləyici qurğunun nasos stansiyası ilə birlikdə tikintisi, 2 min kubmetrlik su anbarının nasos stansiyası ilə birlikdə inşası, 700 kubmetrlik və 1000 kubmetr həcmində su anbarlarının, həmçinin çirkab su nasos stansiyası və gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun inşası planlaşdırılır.

Bildirildi ki, 2010-cu ilin dekabrında Fransanın “SADE” və ölkəmizin “RAMKO” şirkətləri ilə bağlanan müqavilə əsasında Şabran rayon mərkəzinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanmışdır. İndiyədək 145 min 879 metr su, 129 min 356 poqonometr kanalizasiya xətti çəkilmiş, 5 min 766 ev kanalizasiya xəttinə birləşdirilmişdir.

Diqqətə çatdırıldı ki, suyun şəhər əhalisinə verilməsi üçün 100 kubmetrlik tənzimləyici anbarın, həcmi 700, 1000 və 2000 kubmetr olan su anbarlarının və çirkab su nasos stansiyasının tikintisi üzrə işlər artıq tam başa çatdırılmışdır. Gücü 29 min əhali ekvivalenti olan çirkab sutəmizləyici qurğunun daha müasiri ilə əvəz olunması üçün layihədə dəyişiklik edilmişdir. Qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Şabran şəhərinə gün ərzində adambaşına 180 litr su verilməklə əhalini 24 saat ərzində daimi içməli su ilə təmin etmək mümkün olacaqdır.

Dövlətimizin başçısına şəbəkənin inşasında istifadə olunan mütərəqqi texnologiyalar, avadanlıq və materiallar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, layihənin reallaşdırılması zamanı  mikrotunel  qazma və digər müasir üsullar geniş tətbiq olunmuşdur. Bildirildi ki, ümumilikdə “Meliorasiya və Su Təsərrüfatı” ASC milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihəyə əsasən respublikanın 8 rayonunda - Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabadda iş aparır.

Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılmışdır.

Mərasimdən sonra Prezident İlham Əliyev həmin parkla tanış oldu. Bir hektar ərazidə orijinal layihə əsasında salınan park əhalinin ən çox üz tutacağı istirahət mərkəzlərindən biri olacaqdır. Burada quraşdırılan fəvvarə də orijinal layihəsi ilə fərqlənir. Əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış parkda əhalinin yaşa görə bütün təbəqələrinin mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın işıqlandırma sistemi də orijinallığı ilə seçilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şabran şəhərini içməli su ilə təmin edəcək xəttin açılış mərasimi keçirilmişdirVİDEO

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Səbaildə obyektdə yanğın baş verib

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub