Şabranda balıqçı dənizdə boğulub
Şabran, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.