Şabranda minifutbol turnirinin qalibləri mükafatlandırılıb
Şabran, 11 may, Elxan Yusifli, AZƏRTAC
Şabranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan minifutbol turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 12 komanda mübarizə aparıb.
Final görüşündə rayon təhsil şöbəsinin komandası Qaz İstismarı İdarəsinin futbol kollektivinə qalib gələrək birinci yeri qazanıb.
Qaliblərə rayon rəhbərliyi tərəfindən kubok və medallar təqdim olunub.