Sabunçu Rayon Polis İdarəsi əməkdaşları axtarışda olan şəxsi yaxalamışlar
Bakı, 10 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 29-da Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində naməlum şəxs mübahisə zəminində kəsici-deşici alətlə qəsəbə sakini Mixayıl Arzumanova xəsarət yetirmişdir. M.Arzumanov 3 saylı xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sabunçu qəsəbə sakini Oleq İsakov mayın 9-da yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]