Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb
Bakı, 10 yanvar, AZƏRTAC
“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.
Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.
Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]