“Şahdəniz-2” yatağında 14 quyu qazılıb
Bakı, 17 may, AZƏRTAC
“Şahdəniz-2” yatağı üzrə 7 quyu tamamlanıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin birinci rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunda qazma işləri davam edib.
İstiqlal qazma qurğusu “SDD03” quyusunu tamamlayıb və “SDD04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH01” quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib.
Bu iki qurğu “Şahdəniz-2” üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb. Bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 3 quyu tamamlanıb. “Şahdəniz-2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]