SAHİBKARLIĞA YAŞIL İŞIQ
Son vaxtlar Ağdaşda sahibkarlar tərəfindən inşa edilən yaraşıqlı memarlıq üslublu özəl obyektlərin sayı artır. 70 ticarət, məişət və ictimai iaşə obyekti, 2 mərtəbəli “Eleqant” mebel salonu, 3 mebel istehsalı firması, 2 çörəkbişirmə kombinatı, metal-plastik məmulatlar, tikinti materialları istehsalı müəssisələri Azərbaycan Prezidenti Heydər Əliyevin ötən il sahibkarlığın inkişafına maneələrin aradan qaldırılması haqqında Sərəncamından sonra tikilmişdir. İcra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu özəl obyektlərdə 400 nəfərə yaxın adam işlə təmin olunmuşdur.