“Şahin” hərbi–idman oyununun respublika final mərhələsi keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, liseyin rəisi, general-mayor Mirzə Almasov çıxış edərək, gənclərin böyük həvəslə iştirak etdiyi bu ənənəvi oyun barədə məlumat vermiş, gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində “Şahin” hərbi idman oyununun əhəmiyyətindən danışmışdır. O, yarışın final mərhələsinin Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum günündə və məhz hərbi liseydə yüksək səviyyədə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayaraq demişdir ki, ulu öndərin yaratdığı canlı abidələrdən biri də Naxçıvanski adına hərbi liseydir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Elmar Qasımov və digərləri qeyd etmişlər ki, sovet dövründə strateji əhəmiyyətli belə bir hərbi məktəbin Azərbaycanda yaradılması ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur.
Natiqlər Prezident İlham Əliyevin də ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini vurğulamış, bu sahədə aparılan islahatları təqdir etmişlər. Onlar “Şahin” hərbi-idman oyununun bütün mərhələlərini keçmiş, sabahın əsgər və zabiti olacaq gənclərə uğurlar diləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]