Şahmat üzrə “Könüllülər kuboku” turnirinin qalibləri müəyyənləşib
Bakı, 25 avqust, AZƏRTAC
Göygöl Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatı Gənclər Birliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 16-29 yaşlı oğlan və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin nəticəsinə əsasən Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının Gənclər Birliyi könüllülər komandası qalib olub.