Şair Musa Yaqubun “Payıza baxıram” kitabı çapdan çıxmışdır
Bakı, 13 may (AZƏRTAC). Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri- şair Musa Yaqubun “Araz” nəşriyyatında çapdan çıxmış “Payıza baxıram” kitabı bu misralarla başlayır:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın artsın…
AZƏRTAC xəbər verir ki, ömrünü-gününü doğma Vətənin gözəlliklərinin vəsfinə həsr etmiş şairin oxucularla yeni görüşü olan “Payıza baxıram” kitabında Musa Yaqubun son illərdə yazılmış şeirləri toplanmışdır. Şairin poeziya dünyasını əks etdirən kitabda gənclərimizə milli-mənəvi dəyərlərimizə sahiblik, torpağa, Vətənə sədaqət hissi, ülvi duyğular aşılayan şeirlər dərc olunmuşdur.
Kitaba yazılmış “Ümman sakitliyi” sərlövhəli “ön söz”də son vaxtlar kitaba biganə yanaşanlara, “bədii əsərlər yazıldığı kitabın səhifələrindən kənara çıxmır” deyənlərə kəsərli cavab verilir. Yazıçının, şairin hər zaman öz oxucusunda müsbət psixoloji təsir oyatdığı vurğulanır. Gənclərin, gələcəyimiz olan uşaqların şüurunda ədəbiyyatın, yaradıcı insanların, o cümlədən Musa Yaqubun mənəvi xidmətlərindən söhbət açılır.
Kitabın naşiri yazıçı-jurnalist Əlirza Sayılov və redaktoru filologiya elmləri doktoru Allahverdi Eminovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]