SAMARA VİLAYƏTİNDƏ QATİLƏ 20 İL HƏBS CƏZASI KƏSİLMİŞDİR
Vilayət məhkəməsi onun qətl törətməkdə və qətlə məcbur etməkdə təqsirli olduğunu sübuta yetirmişdir. İstintaqın məlumatına görə, o, Roman Bespalov adlı birisini oğurlamışdır. Çünki onun ərizəsinə əsasən Koledentsevin əmisi barədə cinayət işi açılmışdır.
Koledentsev naməlum əlaltıları ilə birlikdə Bespalovu meşəyə aparmışdır. Qırğızıstandan olan və oğurlanan iki qeyri-leqal qastarbayter də burada saxlanılırdı. Meşəyə gəldikdən sonra Koledentsev baltanı götürüb, əl-qolu bağlanmış qırğızlardan birinin boynunu vurmuş və baltanı Bespalova verərək, ondan ikinci qeyri-leqalı da eyni üsulla öldürməyi tələb etmişdir. Bespalov tabe olaraq, qırğızın başını kəsmişdir. Bu zaman cinayətkarlar bütün hadisələri videokamera ilə çəkmişlər.
Bundan sonra Bespalovu buraxmış və tələb etmişlər ki, Koledentsevin əmisindən yazdığı ərizəni milisdən geri götürsün. Oğrular bildirmişlər ki, əks halda, Bespalovun törətdiyi qətlin videoyazısını milisə verəcəklər.
Lakin 22 yaşlı zorən qatil milisə müraciət etmişdir. Gizlincə yerli televiziyaya ötürülən videoyazı isə onu oğurlayanlara qarşı məhkəmədə əsas sübut olmuşdur.