Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı
Bakı, 9 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarın mövzusu haqqında məlumat verib.
Sonra Polşanın Yan Koçanovski Universitetinin doktorantı Şəhriyar Cəfərzadə “Təkmilləşdirilmiş Glueball Rezonans qaz modeli” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda Kvant Xromo-Dinamikasının (KXD) termodinamik xassələri haqqında danışıb. O, təzyiq, entropia və başqa fiziki kəmiyyətlərin temperaturdan asılılıq funksiyalarını şərh edib. Qeyd edib ki, istifadə edilən model, kritik temperaturdan kiçik enerjilərdə KXD faza diaqramını təsvir etmək üçün istifadə olunan “Adron Rezonans” qaz modelidir.
Adronların xüsusi növü olan qlubollar arasındakı qarşılıqlı təsirin termodinamikaya təsiri üçün aldığımız son nəticələri təqdim edən məruzəçi yekunda KXD faza diaqramının Neytron ulduzların xassələrinin öyrənilməsindəki rolu haqqında da məlumat verib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır
- 01.10.2026 [10:53]
“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur
- 01.10.2026 [01:03]
“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]