Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı
Bakı, 16 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, seminara rəhbərlik edən rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov məruzənin mövzusu haqqında məlumat verib.
Sonra ŞAR-ın əməkdaşı Həzi Qasımov “Periodik kometlərin ailələrə bölünməsi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, tədqiqat işi periodik kometlərin afeli məsafələrinin Günəş sisteminə mənsub olan nəhəng planetlərin yaxınlığında konsentrasiyası məsələsinə həsr olunub. İşdə periodik kometlərin afeli məsafələrinin statistik təhlili aparılıb. Tədqiqata Günəş ətrafında dolanma periodu 200 ildən kiçik olan kometlər cəlb olunub. Baxılan kometlərin başlıca dinamik xüsusiyyəti onların afelilərinin nəhəng planetlərin yaxınlığında qeyri-bərabər paylanmasıdır.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda mövzu ətrafında diskussiya aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]