“Samur” gömrük keçid məntəqəsində sıxlıq yaranıb
Qusar, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun “Samur” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin Rusiya Federasiyasına keçməsində yaranan növbələr tezliklə aradan qaldırılacaq.
Samur gömrük postundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Azərbaycandan qonşu ölkəyə müxtəlif mövsümi meyvə-tərəvəz məhsullarını aparan yük avtomobillərinin intensivliyi müşahidə olunmaqdadır.
Hazırda qonşu ölkəyə keçmək üçün 1000-dən çox nəqliyyat vasitəsi növbə gözləyir. Avtomobillərin qarşı tərəfə keçməsində heç bir problem yoxdur və gün ərzində Rusiyaya təxminən 250-300 nəqliyyat vasitəsi buraxılır. Üç-dörd gün ərzində sıxlıq tam aradan qaldırılacaq.
Yaranmış avtomobil növbələrinin tezliklə aradan qaldırılması üçün keçid məntəqəsi gücləndirilmiş iş rejimində çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]