SAMUX RAYONUNDA DAHA BİR KƏNDƏ QAZ VERİLMİŞDİR
Samux rayonunun Alıuşağı kəndi mavi yanacaqla təmin edilmişdir. Bunun üçün 5 kilometr uzunluğunda yeni xətt çəkilmişdir.
Samux rayon qaz istismarı idarəsinin rəisi Rəhim Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, son bir ildə həyata keçirilən tədbirlər nəticəsində abonentlərin sayı 3 mindən 9 minə çatmışdır. Bununla da rayonun 80 faiz yaşayış məntəqəsi qazlaşdırılmışdır. O cümlədən, rayon mərkəzi ilə yanaşı, 22 kəndin sakinləri mavi yanacaqla təmin olunmuşlar. Hazırda daha 4 kəndin qazla təminatı üçün hazırlıq işləri görülür.