SAMUXUN QOVLARSARI KƏNDİNDƏ 220 YERLİK YENİ MƏKTƏB BİNASI TİKİLİR
AZƏRTAC xəbər verir ki, Samux rayonunun Qovlarsarı kəndində 220 yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır.
Bunun üçün ayrılmış 1 hektar sahədə sürətli tikinti işləri aparılır. Hazırda inşaatçılar ikimərtəbəli tədris binasının və idman zalının tikintisində çalışırlar.
Rayon təhsil şöbəsindən bildirmişlər ki, müasir standartlara cavab verəcək yeni tədris ocağında bir sıra yardımçı binaların, o cümlədən qazanxana, tədris emalatxanası, açıq idman meydançasının tikintisi də nəzərdə tutulmuşdur. Bina yeni dərs ilinədək hazır olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]