Sankt-Peterburqda MDB xəbər agentliklərinin iclası keçirilib
Sankt-Peterburq, 20 iyun, AZƏRTAC
Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 33-cü iclası keçirilib.
Görüşdə AZƏRTAC, TASS (Rusiya), Belta (Belarus), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), UzA (Özbəkistan) və Xovar (Tacikistan) agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Rusiyanın TASS xəbər agentliyinin təşkilatçılığı ilə keçirilən toplantıda faşizm üzərində Qələbənin 80 illiyi, turizm və xəbər mübadiləsi ilə bağlı informasiya layihələri nəzərdən keçirilib.
Görüşdə bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, Oyunların keçiriləcəyi Gəncə və digər şəhərlərdə media nümayəndələri üçün lazımi şərait yaradılıb. AZƏRTAC tərəfindən də geniş işıqlandırılacaq idman yarışlarından informasiyaların tərəfdaş agentliklərə təqdim ediləcəyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 31.10.2026 [17:15]
Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO
- 31.10.2026 [16:31]
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
- 31.10.2026 [15:26]