DÜNYA
SANKT-PETERBURQDA RUSİYA VƏ QAZAXISTAN PREZİDENTLƏRİ GÖRÜŞMÜŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev Sankt-Peterburqda Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi ilə bağlı 1998-ci il iyulun 6-da imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Protokol imzalamışlar. Buna əsasən, Rusiya və Qazaxıstan Xəzərin Qazaxıstan sektorundakı Kurmanqazı, Mərkəzi və Xvalın kimi iri yataqlarda birgə fəaliyyətə başlayacaqlar.
Prezidentlər atom enerjisindən sülh məqsədləri üçün istifadə olunması sahəsində əməkdaşlıq barədə birgə bəyanat da qəbul etmişlər.
Hər iki dövlətin kosmos sahəsində də böyük layihələr üzərində işlədiyini bildirən N.Nazarbayevin sözlərinə görə, artıq “Kazsat” peyki fəzaya qalxmağa hazırdır.