Şarl de Qoll ən nüfuzlu prezident hesab edilmişdir
Paris, 16 may ( AZƏRTAC ). Fransızların həyatında ciddi və mühüm dəyişikliklər etmiş ən nüfuzlu prezident Şarl de Qoll hesab edilmişdir. Gündəlik “Sud-Ouest Dimanche” qəzetinin Y Respublika prezidentlərinin nüfuzu ilə bağlı ictimaiyyət arasında keçirdiyi rəy sorğusunda bu qənaətə gəlinmişdir.
Sorğuda iştirak edənlərin 45 faizi Y Respublikanın əsasını qoymuş Şarl de Qollu ən nüfuzlu prezident hesab etmişlər. Rəyi soruşanların 30 faizi Fransua Mitteranı dəstəkləmişdir.
Reytinqi daim aşağı olmasına baxmayaraq indiki prezident 11 faizlə üçüncü yeri tutmuşdur. Jak Şirak 8 faizlə dördüncü, hər biri 3 faiz toplamış Jiskər d’ Estən və Jorj Pompidu isə sonrakı yerlərdə gəlmişdir.
Sorğu yaşı 18-dən yuxarı olan 966 nəfər arasında keçirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]