Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Saxta spirtli içkilərdən ölümlə nəticələnən zəhərlənmə faktı ilə əlaqədar cinayət işi başlanıb

Saxta spirtli içkilərdən ölümlə nəticələnən zəhərlənmə faktı ilə əlaqədar cinayət işi başlanıb

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Qida təhlükəsizliyi sahəsində şəffaflığın, səmərəli nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkarlanmış hüquqpozmalara qarşı mübarizə istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə Baş Prokurorluq tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər ardıcıl həyata keçirilir.

Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə daxil olmaları və orada ölmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsaletmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1-ci (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxaletmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə tapşırılıb.

Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms”, Nəsimi rayonunda Tbilisi prospektində yerləşən “Baku City” restoranlarında, vəfat etmiş Mustafa Mustafayevin isə Binəqədi rayonunda Ə.Rəcəbli küçəsində yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkiləri “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Bakı Şəhər Baş Polis İdarəsinin, şəhər prokurorluğunun, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin spirtli içki qəbul etdikləri “Baku Voice Rooms”, “Baku City” və “Everest” restoranlarına baxış zamanı qida və içki nümunələri, videomüşahidə kamerasının yaddaş qurğuları, müxtəlif qaimə-fakturalar, eləcə də X.Cəfərovun spirtli içkilər hazırladığı Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində icarəyə götürdüyü ikimərtəbəli evə baxış zamanı iki ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda 9 ədəd “Kremlevskie Kuranti Premium” arağının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli, içərisində araq və viski qalıqları olan plastik qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Binəqədi rayonu Azadlıq prospekti 161a ünvanında yerləşən anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Russki Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkinin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkarlanıb.

Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunub. Həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6 faiz) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkarlanıb.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1-ci və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zərər çəkmiş şəxslərin vəziyyətləri ağır kimi qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı Şəhər Prokurorluğunun 498-10-54 nömrəli telefon xəttinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Eyni zamanda, istehlakçılardan xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlarda qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir – RƏY

Bolqarıstan parlamentinə yeni sədr seçilib

Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub

Türkiyənin aparıcı telekanalı Azərbaycan-ŞKTR dialoquna dair reportaj yayımlayıb

“Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət TƏHLİL

Yüksək Səviyyəli 29-cu Toplantının növbəti paneli “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” mövzusuna həsr olunub

Azərbaycan çempionu ABŞ klubuna keçib

Hesablama Palatasının nümayəndə heyəti “Ali Audit Orqanlarının 3-cü SAI20” sammitində iştirak edib

Hicran Hüseynova: Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir

Hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilib YENİLƏNİB

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Məhkum qadınlardan uşaqlara hədiyyə

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xaricdə yaşayan Monqolustan vətəndaşları parlament seçkiləri üçün səs verirlər

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq

Azərbaycan millisinin sabiq futbolçusu klubların avrokuboklardakı şanslarını dəyərləndirib

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb

Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib

Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər

Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub

İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib VİDEO

Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb

Türkiyə qaz idxalı həcmini azaldıb

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

Ötən il Türkiyənin idxal etdiyi qazın 20 faizdən çoxu Azərbaycanın payına düşüb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq

İştvan Apati: Azərbaycan və macar xalqları bütün çətinliklərə rəğmən yeni başlanğıc üçün özlərində güc tapa biliblər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıblar

Vladanka Andreyeva: COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir

Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Filip Vuyanoviç: Azərbaycan ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının idarə edilməsi baxımından digər ölkələr üçün yaxşı nümunədir

"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri məsələləri müzakirə edilib YENİLƏNİB

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi

Üç ölkənin müəyyən ərazilərinə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

Sabah bəzi yerlərdə arabir leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir

Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV

Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb

ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

İsmail Serageldin: Bu gün İKT sahəsi və elm təbii fəlakətləri qabaqlamağa imkan yaradır

İtalyan türkoloqun “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları” Azərbaycan dilində çapdan çıxıb

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

“Defence News”: ABŞ Çinin robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatdır

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik

Fərid Qayıbov: Azərbaycan əhalisinin dörddəbirini gənclər təşkil edir

Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub YENİLƏNİB

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

Azərbaycan futzal millisinin FIFA reytinqindəki mövqeyi bəlli olub

Alimlər: Yer iqlimi Günəşin sıx ulduzlararası buluddan keçməsinin təsirinə məruz qalacaq

Avro-2024: Almaniya millisi öz rekordunu yeniləyib

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıdakı Rus evində Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxunub

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd) keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Biz əhalinin xərclərini öz üzərimizə götürürük

Türkiyənin 2 vilayətində 5 terrorçu zərərsizləşdirilib

Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub

® “STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

ASA: Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün potensial var