SEÇKİ MƏCƏLLƏSİ İLƏ BAĞLI ATƏT VƏ AVROPA ŞURASINDAN MÜSBƏT RƏY ALINMIŞDIR
Azərbaycan Respublikasının yeni Seçki Məcəlləsinin layihəsinə ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müsbət rəy vermişlər. Lakin müxalifət yenə də layihənin müzakirəsində iştirak etməyibdir. AZƏRTAC-ın müxbirinin bu məsələ ilə bağlı sualını YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov belə cavablandırmışdır:
-Yeni Seçki Məcəlləsi günün tələblərinə cavab verməklə yanaşı çox demokratik bir qanun layihəsidir. Bunu beynəlxalq təşkilatlardan alınan müsbət rəylər də təsdiq edir. Müxalifətin müzakirələrdə iştirak etmələrinə gəlincə isə, deməliyəm ki, onların elə bir ciddi iradı yoxdur. Bu düşərgənin təmsilçiləri yaxşı bilirlər ki, layihənin bütövlükdə müzakirəsinə lüzum yoxdur. Çünki dünya praktikasına əsasən, qanunların xüsusi əhəmiyyətə malik müddəaları müzakirə edilir. Təkrar edirəm, müxalifətçilərin əsas müddəalara heç bir iradı yoxdur. Onların tələbi seçki komissiyalarının tərkibi ilə bağlıdır. Seçki orqanları isə məhz müxalifətin təklifi və beynəlxalq təşkilatların tövsiyələri ilə üçdə bir prinsipinə əsasən müəyyənləşdirilib. Ona görə də indi, guya, “seçki orqanları düzgün müəyyən edilmir” deməklə, müzakirələrdən kənarda qalmaq əbəsdir. Bu cür münasibət yalnız yeni Seçki Məcəlləsinin qəbulu vaxtının əngəllənməsinə xidmət edir. Ancaq bu, mümkün olmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]