Seçki məntəqələrində fiziki məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
Bakı, 29 yanvar, AZƏRTAC
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar fiziki məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir.
“Məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, fiziki məhdudiyyəti olan seçicilər məntəqəyə sərbəst şəkildə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Fiziki məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”,- deyə Mikayıl Rəhimov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]