Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ ÜNUDULMAZDIR

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev oktyabrın 18-də, ölkəmizin Dövlət müstəqilliyi günü Şəhidlər xiyabanını ziyarət etmişdir.

Xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanına səhər tezdən dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.

Baş nazir İlham Əliyev onları səmimiyyətlə salamladı və ona yaxınlaşan kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verdi.

SUAL: İlham müəllim, Dövlət müstəqilliyi günündə Azərbaycana nə arzulayardınız?

CAVAB: Biz istəyirik ki, Azərbaycan müstəqil dövlət kimi möhkəmlənsin, güclənsin. Çalışacağıq ki, belə də olsun. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin ən böyük sərvətidir. Hamımızın borcudur ki, dövlətimizi möhkəmləndirək.

SUAL: Bakıda baş vermiş son hadisələrlə bağlı nə deyə bilərsiniz? Xarici ölkələrin bəzi informasiya vasitələri bunu dövlət çevrilişinə cəhd kimi də qiymətləndirirlər. Belə faktlar varmı?

CAVAB: Belə faktlar yoxdur, bu, kütləvi iğtişaşlardır, müxalifətin radikal qanadı özünün iç üzünü bir daha göstərdi. Bilirsinizmi, bu barədə mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Demişdim ki, heç nə unudulmayıbdır. Azərbaycan xalqı yaxşı xatırlayır ki, 1992-ci ildə, 1993-cü ildə məhz bu adamlar Azərbaycanda qardaş qanı tökdülər. Məhz bu adamlar Azərbaycanı xaosa, böhrana saldılar, ondan sonra qaçıb gizləndilər. Bu hadisələr də sanki, onun bir növ təkrarı idi. Fərq onda idi ki, o vaxt onların bu dağıdıcı fəaliyyəti 1992-ci ildə Azərbaycanda hakimiyyətdə olan qüvvələrə təsir edə bilmişdi. Bu dəfə isə bu, alınmayıb və heç vaxt da alınmayacaqdır. Azərbaycan qüdrətli dövlətdir, özünü müdafiə etməyə qadirdir. Belə hərəkətlərə, əlbəttə ki, son qoyulub və bundan sonra da ciddi tədbirlər görüləcəkdir. O adamlar ki, bu iğtişaşlarda iştirak ediblər, ona rəhbərlik ediblər, insanları qeyri-qanuni hərəkətlərə təhrik ediblər, onlar qanun qarşısında cavab verəcəklər.

X X X

Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmancasına həlak olmuş mərd mübarizlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq paytaxtımızın ən yüksək nöqtəsində ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoyuldu. Əklilin üzərində bu sözlər yazılmışdı: “Şəhidlərimizin əziz xatirəsinə, Azərbaycan Respublikasının Prezidentindən”.

Hərbi orkestrin ifasında respublikamızın dövlət himni əzəmətlə səsləndi.

Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələri Baş nazir İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 12-ci ildönümü münasibətilə onu təbrik etdilər, səmimi arzularını bildirdilər, xalqımıza sülh və tərəqqi arzuladılar.

Baş nazir İlham Əliyev onlara minnətdarlığını bildirdi.

Sonra Baş nazir İlham Əliyev Prezident seçilməsi münasibətilə onu təbrik edən mətbuat nümayəndələrinin suallarına cavab verdi.

SUAL: Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti kimi xalqımıza nə arzulayırsınız?

CAVAB: Sağ olun. Mən dəfələrlə demişəm, çalışacağam ki, Azərbaycan xalqına xidmət edim, Azərbaycan inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir vətəndaş özünü rahat, sərbəst, azad hiss etsin, onun yaşayış səviyyəsi yüksəlsin. Mənim arzum budur.

Arzum budur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində daha möhkəm mövqelər tuta bilsin. Bu istiqamətdə də böyük işlər aparılıbdır. Bir sözlə, mən çalışacağam ki, Azərbaycanda son on il ərzində yaranmış vəziyyət, onunla bağlı inkişaf özünü daha da büruzə versin. Çalışacağam ki, Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirim.

SUAL: İlham müəllim, seçkilərin nəticələri məlumdur, artıq bildiniz ki, Siz qalib gəlmisiniz. İlk olaraq Heydər Əliyev Sizi təbrik etdi, yoxsa Siz ona zəng etdiniz?

CAVAB: Bəli, mən zəng etdim və məlumat verdim. O da seçki prosesini izləyirdi və məni təbrik etdi.

SUAL: Onun Sizə tövsiyəsi oldumu?

CAVAB: Məsləhəti seçkilərdən qabaq olmuşdu. Yeni bir tövsiyə eşitmədim.

SUAL: Siz seçkilərdə qələbənizə inanırdınızmı?

CAVAB: Mən inanırdım ki, qalib gələcəyəm, çünki seçkilərdən əvvəlki bütün proseslər onu göstərirdi ki, Azərbaycan xalqı artıq öz seçimini edibdir. Eyni zamanda, seçkiyə qədər bir-iki həftə ərzində keçirdiyim görüşlər də bunu göstərirdi. Yəni xalqın münasibəti mənə bəlli idi. Sözün düzü, şübhə etmirdim ki, qələbə qazanacağam.

SUAL: Bakıda baş verən son hadisələri necə qiymətləndirirsiniz?

CAVAB: Mən bu hadisələri kütləvi iğtişaşlar kimi, bunları törədən adamların 1990-cı illərin əvvəllərinə qayıdışa cəhdi kimi qiymətləndirirəm. Xaos, anarxiya yaratmaq cəhdi kimi qiymətləndirirəm. Lakin bu, mümkün deyildir. Azərbaycan dövləti formalaşmışdır. Bu kütləvi iğtişaşlarda iştirak etmiş, vandalizmə yol vermiş bütün ünsürlər Azərbaycan Respublikasının qanunları qarşısında cavab verməli olacaqlar.

SUAL: İsa Qəmbəri, müxalifəti bu iğtsişaşların təşkilatçıları hesab etmək olarmı?

CAVAB: Bunu Azərbaycan xalqı və hüquq mühafizə orqanları həll edəcəklər. Mən hüquq mühafizə orqanlarının əvəzinə fikir söyləyə bilmərəm. Təhqiqat aparılacaq və partiyada vəzifə tutub-tutmamasından asılı olmayaraq, hər kəsin, bu iğtişaşlarda nə dərəcədə əli olduğu müəyyən ediləcəkdir. Qanun qarşısında hamı bərabərdir. Bəzən elə olur ki, cinayət törətmək üçün partiya lideri olurlar və beləliklə, immunitet qazanırlar. Mən hesab edirəm ki, qanun qarşısında hamı cavab verməlidir. İsa Qəmbəri isə təhrikçi, qan tökülməsinin səbəbkarı kimi bütün Azərbaycan xalqı lənətləyəcəkdir.

SUAL: Bu hadisə ölkəmizin beynəlxalq imicinə təsir edə bilərmi?

CAVAB: Əlbəttə, təsir edə bilər. Mənfi tərəfdən təsir edə bilər. Dünyanın bütün televiziya kanalları bu kadrları göstərirlər. Axı, bütün dünyada bu kadrlara baxan vətəndaşlar bilmirlər ki, bunu törədənlər Azərbaycan cəmiyyətinin cüzi bir hissəsidir. Onlarda elə təəssürat yarana bilər ki, ümumiyyətlə, Azərbaycanda sabitlik yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqı o səviyyədədir. Ona görə bu, mənfi təsir göstərə biləcəkdir. Bütün məsuliyyəti yenə də Müsavat Partiyası, onun rəhbərləri daşıyırlar və onlar qanun qarşısında cavab verəcəklər.

SUAL: Seçkilərin xarici ölkələrdə qiymətləndirilməsi, ümumiyyətlə, sizi razı saldımı?

CAVAB: Müxtəlif qiymətlər səsləndi. Ümumilikdə, qiymət o idi ki, seçkilər real vəziyyəti əks etdirir. Yəni Azərbaycan xalqının seçimi belə idi. Azərbaycan xalqı İlham Əliyevə səs veribdir və təbii ki, müxtəlif çatışmazlıqlar da vardı. Xüsusilə, seçkilərdən qabaq olan bəzi hallar dünya standartlarına cavab vermirdi. Plakatların çap olunması, yaxud da ki, başqa məsələlər – bunlar ciddi xarakter daşımır. Ümumiyyətlə, seçkilər çox demokratik, ədalətli şəraitdə keçirilibdir. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərə məhz belə qiymət veribdir. Onların bəziləri ilə mən görüşmüşəm. Onlar məni ürəkdən təbrik ediblər.

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə və digər rəsmi şəxslər əklilqoyma mərasimində iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı