Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNƏ EHTİRAM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

28 may Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində ən unudulmaz günlərdən biridir. 1918-ci ilin məhz həmin günü Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 

Ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini yad etmək üçün respublika paytaxtı ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin səfirləri mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü, Respublika günü səhər müqəddəs ziyarətgaha - Şəhidlər xiyabanına toplaşmışdılar.

Azərbaycan Prezidenti Heydər Əliyev xalqımızın mərd oğullarının əziz xatirəsinə ehtiramını bildirmək üçün Şəhidlər xiyabanına gəldi. Xiyabana toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşıladılar. Prezident Heydər Əliyev onları Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü - Respublika günü münasibətilə təbrik etdi.

Respublikamızın Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər şəhidlərin məzarları qarşısından keçərək, onların əziz xatirəsini ehtiramla yad etdilər. “Əbədi məşəl” abidəsinin önünə dövlətimizin başçısı adından əklil qoyuldu. Əklilin üzərində bu sözlər yazılmışdı: “Şəhidlərin xatirəsinə, Azərbaycan Respublikasının Prezidentindən”.

Müdafiə nazirliyi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV “Əbədi məşəl” abidəsini nəzərdən keçirərək mərasimdə iştirak edən jurnalistlərə dedi:

- Bu abidəni özüm yaratmışam, memarı da özüməm. Hərdən bir bura gələndə ona baxmaq istəyirəm. Çox gözəl abidədir.

Gözəl də şəhərimiz var. Gündən-günə də gözəlləşir. Bu gün hava çox yaxşıdır, səma da açıqdır, dəniz də sakitdir.

Bayram şəhərin hansı bölgələrində keçirilir?

HACIBALA ABUTALIBOV / Baki Şəhər İcra Hakimiyyətinin başçısı/: - Kukla teatrının arxasındakı böyük meydançada axşam saat 7-də bayram şənliyinə başlayırıq. Dənizdə gəmilər də olacaq, onlar su fəvvarələri vuracaq. Gözəl bayram şənliyi keçiriləcəkdir.

Nəsimi və Nizami rayonlarında, bütün rayonların baş meydançalarında, parklarında saat 4-dən etibarən şənliklər başlayacaqdır.

HEYDƏR ƏLİYEV: Çox gözəl. Milli Parkda axşam saat 7-də başlayacaqdır.

HACIBALA ABUTALIBOV: Saat 7-dən 8-ə kimi Milli Parkda şənlik olacaq, televiziya ilə birbaşa yayımlanacaqdır. Televiziya vasitəsilə bütün vətəndaşlar Milli Parka bayram şənliyinə dəvət olunublar.

HEYDƏR ƏLİYEV: Şəhəri abadlaşdırırsınız...

HACIBALA ABUTALIBOV: Sizin göstərişlərinizi yerinə yetirəcəyəm, buna əmin olun.

HEYDƏR ƏLİYEV: Yaxşıdır, gördüyünüz işlərdən hamı razıdır. Hətta bu “narazılar” da razıdırlar. Bunlar heç vaxt razı deyillər. Hər dəfə bir şeyə mütləq qulp qoyurlar. Amma bunlar da razıdırlar.

HACIBALA ABUTALIBOV: Çox sağ olun, minnətdarlığımı bildirirəm.

HEYDƏR ƏLİYEV /jurnalistlərə müraciətlə/: Bayramınız mübarək. Sizi təbrik edirəm. Bütün xalqımızı, millətimizi təbrik edirəm. İndi isə sizinlə görüşərkən Azərbaycanın bütün jurnalistlərini təbrik edirəm. Mediyada çalışanları təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Yaxşı-yaxşı yazılar yazasınız, verilişlər verəsiniz. Həyatımızın reallığını əks etdirəsiniz.

JURNALİSTLƏR: Biz də Sizi təbrik edirik və arzulayırıq ki, inşaallah, Azərbaycan Respublikasının 85-ci ildönümünə ölkəmiz Sizin rəhbərliyinizlə daha böyük uğurlar və nailiyyətlərlə gedəcəkdir.

HEYDƏR ƏLİYEV: İnşaallah, 85-ci ildönümünə mütləq gedəcəyik.

SUAL: Cənab Prezident, biz istərdik ki, Siz Putin-Buş danışıqlarında Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsi zamanı əldə olunmuş nəticələrə münasibətinizi bildirəsiniz. Siz həmin danışıqlardan razı qalmısınızmı? Yəqin ki, danışıqlardan sonra Siz bu məsələ ilə bağlı əlaqə saxlamısınız?

CAVAB: Mən xüsusi əlaqə saxlamamışam. Ancaq, ümumiyyətlə, Moskvada prezidentlər Putin ilə Buş arasında aparılan danışıqlar və imzalanan sənədlər böyük maraq doğurur və hesab edirəm ki, onlar yüksək qiymətə layiqdir. Mən onları çox yüksək qiymətləndirirəm. Artıq dünyada bütün ictimaiyyyət bu görüşləri, əldə olunan razılıqları yüksək qiymətləndiribdir. Biz də belə fikirdəyik. Bu, dünyada böyük dəyişikliklərin əsasını qoyubdur.

11 sentyabr hadisələrindən sonra, ümumiyyətlə, dünya dəyişibdir. Bütün dövlətlər bir-birinə qarşı olan bəzi ittihamları, yaxud ziddiyətləri kənara qoyub, beynəlxalq terrorizmlə mübarizəni ön plana çəkiblər. Beynəlxalq terrorizmə qarşı koalisiya yaranıbdır.

Bilirsiniz ki, biz də həmin koalisiyaya daxil olmuşuq və bu mübarizədə öz xidmətlərimizi göstəririk. Ancaq bəzi belə fikirlər, görüntülər vardı ki, guya ABŞ, Rusiya müxtəlif mövqedədirlər. İndi isə bu görüşlərdə bütün dünyaya məlum oldu ki, Rusiya da, ABŞ da eyni mövqedən çıxış edirlər. Çox mühümü odur ki, nüvə silahlarının ixtisarı haqqında ciddi müqavilə imzalanıbdır. Mənim xatirimdədir, nüvə silahlarının ixtisarı barədə danışıqlar 1970-ci illərin əvvəllərindən gedir. O dövrdə, 1970-ci ildən 80-ci illərin əvvəllərinə qədər olan dövrdə - buna “gərginliyin zəiflədilməsi” dövrü deyirdilər. SSRi dağılandan sonra da bu danışıqlar gedirdi. Ancaq, təəssüflər olsun ki, onlar lazımi nəticə vermirdi. İndi Moskvada keçirilmiş Putin-Buş danışıqlarında bu nəticələr əldə olunubdur.

Nüvə silahlarının ixtisar olunması, ümumiyyətlə, bütün dünya üçün böyük müsbət hadisədir.Əgər nüvə silahları tamamilə ləğv olunsaydı, insanlar daha da rahat olardılar. Ancaq indi ləğv edə bilmirlərsə, onların ixtisar edilməsi, təbiidir ki, böyük hadisədir, böyük bir nailiyyətdir.

Biz çox məmnunuq ki, bu görüşlərdə bizim bölgəyə də diqqət göstərilibdir. Demək, bizim bölgə - Qafqaz bölgəsi, Xəzər hövzəsi bölgəsi dünyanın strateji bölgələrindən biridir. Böyük dövlətlərin, aparıcı dövlətlərin rəhbərləri öz görüşlərində bu bölgəyə diqqət yetirirlər.  

Bilirsiniz ki, həmin sənədlərdə Qafqaz bölgəsi iləəlaqədar  müddəalar var. Bizim üçün maraqlı olan Xəzər dənizi ilə və bir də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması iləəlaqədar  müddəalardır. Bunlar bizim bu sahədə işlərimizin daha da uğurla getməsinə, təbiidir ki, kömək edəcəkdir. Ona görə, bir daha deyirəm, mən bu görüşləri vəəldə olunan sənədləri, razılıqları yüksək qiymətləndirirəm.

NATO-Rusiya əlaqələrinin yaranması da çox böyük və müsbət hadisədir. Çünki neçə illərdir ki, ümumiyyətlə, NATO yaranandan onunla Varşava Müqaviləsi Təşkilatı arasında həmişə böyük ziddiyət və böyük qarşıdurma olubdur. Varşava Müqaviləsi Təşkilatı dağıldı, onun aparıcı qüvvəsi SSRİ olduğuna görə,  varisi Rusiya idi. Bu da NATO ilə Rusiya arasındakı münasibətləri gərgin saxlayıbdır.

Son illər bu gərginlik tədricən aradan götürülür. Nəhayət, indi Moskvada əldə olunmuş razılıq, NATO-Rusiya formatı, təbiidir ki, dünyada yeni bir əhvali-ruhiyyə və beynəlxalq aləmdə yeni vəziyyət yaradır. Bu vəziyyət də müsbət qiymətləndirilməlidir. Mən bunu yüksək dəyərləndirirəm.

SUAL: Cənab Prezident, yerli və xarici sahibkarlarla Sizin görüşləriniz oldu. Bununla əlaqədar müşavirə nə vaxt keçiriləcək və hansı tədbirləri görəcəksiniz?

CAVAB: Bu yaxınlarda müşavirə keçirəcəyik. Nazirlər, mənim müşavirim Vahid Axundov bu görüşlərin yekunlarını təhlil edirlər. Mən dünən bu məsələ ilə maraqlanmışam. Onlar söz veriblər ki, aparılan təhlillərin nəticəsini mənə təqdim edəcəklər. Ondan sonra mən müşavirənin gününü təyin edəcəyəm. 

SUAL: Cənab Prezident, Siz Koçaryanla görüşünüzün zəruriliyini vurğuladınız. Amma MDB ölkələri dövlət başçılarının sammiti oktyabr ayına qədər təxirə salınır. O vaxta qədər Koçaryanla görüşünüzün vaxtı dəqiqləşdiriləcəkmi?

CAVAB: Ümumiyyətlə, bu görüş lazımdır. Həmin görüşün zəruri olduğunu bu gün demək olmaz. Hesab edirəm ki, Koçaryan və mən bu görüşün nə vaxt, harada keçirilməsi haqqında müəyyən razılıq əldə edə bilərik.

SUAL: Cənab Prezident, Rusiya və ABŞ prezidentləri arasında müvafiq sənədlər imzalandı. Bu sənədlərin region dövlətləri və Azərbaycan üçün nəkimiəhəmiyyəti var?

CAVAB: Çox böyük əhəmiyyəti var. Region dövlətləri üçün, ümumiyyətlə, Qafqaz regionu üçün əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti var. Çünki siz bilirsiniz ki, bizim Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığımız var. Rusiya ilə də sıx əməkdaşlığımız var. Ona görə məqsədlərimizi həyata keçirmək üçün bu görüşlər, əldə olunan nəticələr və xüsusən NATO-Rusiya formatı çox əlverişlidir və çox qiymətlidir.

SUAL: Cənab Prezident, yəqin ki, Robert Koçaryanın son bəyanatından xəbəriniz var. O yenə bildirib ki, danışıqlar yalnız Paris prinsipləri əsasında aparılmalıdır. Bu, Ermənistanın, sadəcə, danışıqlara getmək istəmədiyini CAVAB: Mən gördüm ki, sizin telekanalda Vilayət Quliyev buna cavab veribdir. Hesab edirəm ki, onun verdiyi cavaba əlavə bir şey demək olmaz. Amma yox, bu, onu göstərmir.  

SUAL: Cənab Prezident, mətbuatda dövlət məmurları haqqında PKK ilə bağlı məlumatlar yayıldı. Bunlara sizin münasibətiniz necədir?

CAVAB: Buna mənim heç bir münasibətim yoxdur. Çünki bunların hamısı əvvəldən axıra qədər cəfəngiyyatdır. Ona görə, belə bir cəfəngiyyata mən heç bir münasibət bildirmək istəmirəm. Yalan, uydurma şeylər yayacaqlar ki, biz ona münasibət bildirək? Burada vəziyyəti gərginləşdirmək və cəmiyyətdə çaşqınlıq yaratmaq üçün belə bir yalanı ortaya atıblar. Bu, birinci hal deyildir. Bu, onun müəlliflərinin xüsusiyyəti vəəməli fəaliyyətidir.

SUAL: Cənab Prezident, Prezidentlər Buş və Putin region ölkələrinin ərazi bütövlüyünün təmin olunmasını önə gətirdilər. Bu baxımdan, Minsk qrupundan yeni təkliflər gözləmək olarmı?

CAVAB: Bilirsinizmi, biz daim nə isə gözləməliyik. Özümüz də bu sahədə fikirləşməliyik ki, daha nə etmək olar ki, məsələnin həllinə nail olaq. Eyni zamanda biz daim təkliflər də gözləməliyik.

SUAL: Cənab Prezident, ABŞ-ın bəzi araşdırma mərkəzləri Dağlıq Qarabağla bağlı danışıqların formatının dəyişdirilməsi barədə konkret təkliflərlə çıxış ediblər. Dağlıq Qarabağ münaqişəsinin həlli iləəlaqədar müzakirələr hansı formatda aparılsa, daha yaxşı nəticə verə bilər?

CAVAB: Bu, ABŞ mərkəzlərinin fikridir, yoxsa sənin fikrindir?

JURNALİST: Yox, ABŞ mərkəzlərinin fikridir. Özləri konkret təkliflərlə  çıxış ediblər.

HEYDƏR ƏLİYEV: Çixiş ediblərsə, yəqin ABŞ-ın və Rusiyanın müvafiq dairələri buna baxarlar.

SUAL: Cənab Prezident, iyun ayının 25-də Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı cərçivəsində konfrans keçiriləcəkdir. İnşaallah, Sizin iştirakınız gözlənilirmi?

CAVAB: Mütləq gedəcəyəm.

SUAL: Cənab Prezident, Sankt-Peterburqa səfərinizləəlaqədar  bilmək istərdik,  Xəzərdə orta xətt koordinatları müəyyən edildimi?

CAVAB: Hazirlayirlar. Deyəsən, daha sualınız yoxdur, ona görə də mən sizə sual vermək istəyirəm. Kefiniz necədir? Necə yaşayırsınız? Maddi çətinliyiniz yoxdur ki? Sizə köməyim lazımdırmı?

JURNALİSTLƏR: Cənab Prezident, çox sağ olun. Sizin sağlığınız Azərbaycan xalqına köməkdir.

HEYDƏR  ƏLİYEV: Çox sağ olun. Görürəm ki, İndi bizdə gənc, yaxşı jurnalistlər yetişir - həm qızlar, həm oğlanlar. Siz müasir tipli jurnalistlərsiniz. Bu, məni sevindirir. 

Mən istəyirəm sizin kimilər çox olsun ki, o mürtəçe xasiyyətli jurnalistlər aradan çıxsınlar. Onlar bizim bugünkü cəmiyyətə, dünyəvi dövlətə, bizim Qərblə münasibətlərimizə uyğun deyillər. Amma görürəm, siz bu mənada yaxşı yetişirsiniz. Mən istəyirəm ki, siz daha da kamil olasınız, öz biliyinizi, savadınızı artırasınız. Bilikləriniz yaxşıdır. Mən bəzən televiziyaya baxıram, ayrı-ayrı mövzular haqqında söhbət aparırsınız, yaxud fikirlər bildirirsiniz. Görürəm ki, siz gündəlik dünya mətbuatını izləyirsiniz, məlumatlar alırsınız və onlardan dərhal istifadə edirsiniz. Mən bunu çox müsbət qiymətləndirirəm. Bəzən də ayrı-ayrı məlumatları mən sizdən alıram. Mənim özümün də məlumat mənbəyim çox böyükdür, hər gün alıram. Ancaq bir də görürsən ki, nəyi isə eşitməmişəm, sizlərin biriniz televiziyada nəsə deyirsiniz, eşidirəm. Ona görə də mən bunları müsbət qiymətləndirirəm. İşinizi davam etdirin.

Bizim özəl televiziya kanalları da indi yaxşıdır. Əvvəl təkcə ANS idi, indi isə SPASE, LİDER də var. Yarış gedir. Yarış olması da yaxşıdır. Çünki rəqabət olanda, inkişaf da olur. Rəqabət olmasa, inkişaf olmaz. Əvvəl ANS-ə rəqabət yox idi. Nə istəyirdisə, onu edirdi. Amma indi ANS də fikirləşir, çalışır ki, bu rəqabətə dözsün. Amma o biri kanallar da özlərini yaxşı göstərirlər. Çox məmnunam.  Özəl kanallar, demək olar ki, yüksək səviyyədədir. Beynəlxalq standartlar səviyyəsindədir. Bu da məni sevindirir. Yaxşı işləyirsiniz. Sizə uğurlar arzulayıram. Məndən nə istəyirsiniz?

SUAL: Cənab Prezident, biz sizin sağlığınızı istəyirik. Bayaq Siz dediniz ki, mən bu abidəni sevirəm, ona görə ki, özüm tikdirmişəm. 28 May Şərqdə ilk demokratik cümhuriyyətin yaranması günüdür. Sizin belə bir fikriniz varmı ki, elə bir park yaradılsın ki, orada Azərbaycan Xalq Cümhuriyyətinin çox məşhur nümayəndələrinin abidələri qoyulsun?

CAVAB: Bilirsinizmi, Xalq Cümhuriyyətinin əbədiləşdirilməsi haqqında mənim fikirlərim var, bunu edəcəyik. İndi deyə bilmərəm ki, park və ya heykəl olacaq. Bilirsinizmi, bizdə heykəli çox sevirlər. Ancaq müsəlman aləmində heykəl yoxdur. Düzdür, biz artıq Avropa dəyərlərini mənimsəmişik. Amma bu qədər heykəl qoysaq, 50 ildən sonra Bakıda adamların sayından çox heykəl olacaq. Düşünürsünüzmü? Qərb ölkələrini götürün, siz oralara gedirsiniz. Məsələn, Parisi götürün, qədim Londonu götürün. Avropanın başqa mərkəzlərini götürün. Oralara gedəndə bir dəfə araşdırın. Orada neçə heykəl görəcəksiniz. Sonra gəlib Bakıdakı heykəlləri sayın. Görəcəksiniz ki, Bakıdakı heykəllərin sayı onlardan qat-qat çoxdur. Demək, biz istəmişik ki, onlar kimi olaq, amma bir az, necə deyərlər, ölçünü itirmişik. Ona görə hər kəs istəyir ki, nəyəsə heykəl qoyulsun. Ya onun pərəstiş etdiyi adamdır, ya qohumudur, ya dostudur və sair. Heykəl, heykəl, bir də heykəl... Yenə deyirəm, görün Bakıda nə qədər heykəl var. Əbədiləşdirmək, həqiqətən, lazımdır. Amma heykəl məsələsində siz bir az düşünün. Yenə deyirəm, sən /ANS-in müxbirinə/ hər şeyi çox operativ həll edirsən. Mən səndən xahiş edirəm, bu mövzunu araşdır, öz telekanalınızda ver ki, məsələn, Parisdə neçə və Bakıda neçə heykəl var. Bu, birincisi. İkincisi, Parisdəki heykəllər kimin heykəlləridir, Bakıdakı heykəllər kimindir. Sənin bu verilişini eşidəndən sonra mən bir daha fikirləşəcəyəm. 

SUAL: Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının varisləri, nəvələri müraciət etmişdilər ki, əvvəllər Azadlıq parkı olmuş keçmiş 26-lar bağı yenidən Azadlıq parkı adlandırılsın. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi barədə bəyannaməni imzalamış 26 nəfərin adları oradakı memoriala həkk olunsun. Bu təklif nə dərəcədə məqbuldur?

CAVAB: Onlarin adlarının həkk olunması lazımdır, mən buna razıyam. Amma ora başı bəlalı bağdır, bunu bilirsiniz. Vaxtilə Azadlıq parkı olub, orada kimlərin cəsədləri olduğunu siz bilirsiniz. Elədirmi? Mən özüm də keçmiş 26-lar bağı haqqında çox düşünürəm. Orada dəyirmi abidə var, onun haqqında düşünürəm. Biz tarixi düzgün araşdırdıq, 26-lar Azərbaycana düşmən olublar. Ona görə də indi o bağın elə vəziyyətdə saxlanması, yəqin ki, lüzumsuzdur. Orada indi başqa nəyinsə qoyulması...  orada yerin altında nələr var, siz bunu bilirsiniz. Tarix bizə bəzi çətin problemlər qoyubdur, bəzən ha fikirləşirsən, bunun yolunu tapa bilmirsən.

Mən özüm o bağı hərdən görəndə, yaxud onun yanından keçəndə onun haqqında düşünürəm. Amma bir nəticəyə gələ bilmirəm. Bilirsinizmi, çox çətin məsələlər var. Bir nəticəyə gələ bilmirəm. Amma düşünmək lazımdır.

SUAL: Cənab Prezident, Siz İranda olarkən belə bir ifadə işlətdiniz ki,  imzalanmış sənədlərlə bağlı xüsusi tədbirlər planı işlənib hazırlanacaqdır. Bu, konkret nəzarət sistemini, yoxsa layihələrin həyata keçirilməsini nəzərdə tutur?

CAVAB: Bu həm layihələrin həyata keçirilməsini, həm də nəzarət sistemini nəzərdə tutur. Sağ olun. Bayramınızı bir də təbrik edirəm.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak edən diplomatik korpusun üzvləri, elm, ədəbiyyat, incəsənət xadimləri ilə görüşüb söhbət etdi, onları Respublika günü münasibətilə təbrik etdi. Mərasim iştirakçıları dövlətimizin başçısına ən xoş arzularını bildirdilər, ona cansağlığı dilədilər.

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

AZƏRTAC

Foto Yaşar Xəlilovundur  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər