Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyev fevralın 22-də Biləsuvarda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında saat 11:00-da keçiriləcək qəbul zamanı Biləsuvar, Cəlilabad, Neftçala və Salyan rayonlarının sakinlərini maraqlandıran suallar cavablandırılacaq. Həmçinin vətəndaşların müraciət, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]