İQTİSADİYYAT
SƏHMDAR CƏMİYYƏT FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
"İsmayıllı quşçuluq” Açıq Səhmdar Cəmiyyəti vaxtilə 45 min quş bəslənən, hazırda istifadəsiz qalan fabrikin bazasında böyük istehsal sahəsi yaratmağı qərara almışdır.
Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ikinci yarısında tam istifadəyə verilməsi nəzərdə tutulan müəssisədə 100 min broyler bəsləniləcəkdir. Müasir avadanlığın alınmasına 300 milyon manatadək vəsait xərclənmiş, bir neçə sex istifadəyə hazır vəziyyətə gətirilmişdir. Fabrikin tam işləməsi üçün daha 200 milyon manat sərmayə qoyulacaqdır. Hazırda burada 30 nəfərədək işçi çalışsa da, bu rəqəmin 100-ə çatdırılması planlaşdırılmışdır. Bununla da ölkəmizdə toyuq əti istehsal edən "Mərdəkan", "İmişli", "Masallı", "Siyəzən" şirkətləri sırasına daha biri də əlavə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]