Şəki sakinindən narkotik vasitə götürülüb
Şəki, 24 noyabr, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əhməd Abidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan bükümlərdə 5 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Ə.Abidovun yol kənarındakı kolluq ərazidə gizlətdiyi 460 qram qurudulmuş marixuana da aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.