Şəki Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə növbəti uğur qazanıblar
Şəki, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən “Novruz Music Festival” adlı Beynəlxalq musiqi və rəqs müsabiqəsində uğurla çıxış edərək, laureat adına layiq görülüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, onlayn formada keçirilən müsabiqədə iştirak edən şagirdlərdən Nəzrin Məsimova, Çinarə Hacıbalayeva və Hicran İsmayılova 1-ci dərəcəli, İlkin Paşayev və İslam İsmayılov isə 2-ci dərəcəli laureat adına layiq görülüblər.
Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər təşkilat komitəsi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıblar.