ŞƏKİ-ZAQATALA BÖLGƏSİ RAYONLARINDA TAXIL BİÇİNİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Şəki-Zaqatala bölgəsi rayonlarında taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatmaq üzrədir. Son günlər yağan güclü leysan yağışları bu rayonlarda taxıl əkini sahələrinə xeyli ziyan vursa da, fermerlər məhsulu son dəninədək itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər etmişlər.
Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, mövsümün əvvəlindən indiyədək Şəki, Qax, Zaqatala, Oguz və Balakən rayonlarında ümumilikdə 80 min hektara yaxın taxıl sahəsinin məhsulu biçilmiş, 201 min tondan artıq taxıl istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 25,4 sentner təşkil edir. Tədarük olunmuş taxılın 122 min tonu buğda, 79 min tonu isə arpadır.
Bölgənin ən iri taxılçılıq rayonu olan Şəkidə indiyədək 55 min 460 hektar sahənin məhsulu biçilmiş, 140 min 868 ton taxıl istehsal olunmuşdur. Yığılmış məhsulun 91 min 716 tonunu buğda, 49 min 152 tonunu isə arpa təşkil edir. Mövsümün əvvəlindən indiyədək Qax rayonunda 19 min 105 ton, Zaqatalada 13 min 860, Balakəndə 1.014 ton, Oğuz rayonunda isə 26 min 340 ton taxıl tədarük edilmişdir.
Bölgə rayonlarında taxıl biçini kampaniyası davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]