Şəki, Zaqatala və Balakən EŞ müəssisələrində yenidənqurma işləri aparılmışdır
Bakı, 14 may (AZƏRTAC). Şəki, Zaqatala və Balakən Elektrik Şəbəkəsi (EŞ) müəssisələrində istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədi ilə yarımstansiya və elektrik xətlərində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən bəri Şəki EŞ müəssisəsinin balansına aid 10 transformator məntəqəsi, 10, 6 və 0,4 kilovoltluq (kV) hava xətlərinin 19 kilometrə yaxın hissəsi əsaslı və cari təmir edilmişdir. Sayğaclaşma ilə bağlı 1 kilometrə yaxın SİP markalı kabel çəkilmiş və 40 yeni dayaq quraşdırılmışdır.
Zaqatala EŞ müəssisəsində 29 kilometrə yaxın 10, 6 və 0,4 kV-lik hava xətlərində əsaslı və cari təmir işləri aparılmış, 400-ə yaxın sayğac quraşdırılmış, 108 dayaq basdırılmışdır.
Balakən EŞ müəssisəsində müxtəlif gərginliyə malik 12 kilometrə yaxın elektrik xətti və 11 transformator məntəqəsi təmir edilmiş, 150-dən artıq sayğac quraşdırılmış və 200-ə yaxın yeni dayaq basdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]
Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir
- 09.09.2026 [13:55]