ŞƏKİDƏ KƏND TƏSƏRRÜFATI MALLARI İSTEHSALI ARTIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən il şəkili fermerlər 105 min ton taxıl, 18,4 min ton tərəvəz, 11,5 min ton meyvə, 10 min tona yaxın kartof, 7,5 min ton bostan məhsulları, 3 min tona yaxın üzüm və 2 min 146 ton tütün istehsal etmişlər ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Heyvandarlıq sahəsinin dinamik inkişafı nəticəsində 2005-ci ildə Şəkidə iribuynuzlu mal-qaranın sayı artaraq 72 min 265 başa, davarların sayı isə 241 min 516 başa çatdırılmışdır. Mal-qaranın qışlaması üçün 54 min tona yaxın quru ot və 50 min tondan çox küləş tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]