ŞƏKİDƏ REGİONAL GÜBRƏ BAZASI ÜÇÜN XÜSUSİ ANBAR TİKİLİR
Şəki, 01 fevral (AZƏRTAC). “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Şəki rayonunun Çələbixan qəsəbəsində, dəmiryol stansiyasının yaxınlığında regional logistik gübrə bazası üçün 12 min ton tutumu olan xüsusi anbar inşa edilir.
Şəhər icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şahin Babayev bildirmişdir ki, regional gübrə bazaları Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarl ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamına uyğun olaraq yaradılır. Kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədi ilə yaradılan logistik bazalar gübrələrin saxlanılması və bölgə rayonları üzrə paylanılmasını təmin edəcəkdir.
Gübrə anbarının bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]