Şəkinin iki kəndində elektrik şəbəkəsi yenidən qurulub
Bakı, 9 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, yenidənqurma nəticəsində 363 abonenti olan Aşağı Göynük kəndində 14 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 33 kilometrə yaxın 10 kilovoltluq, 28 kilometrdən çox 0,4 kilovoltluq elektrik xətti yenilənib.
Şəkinin Aşağı Daşağıl kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 142 abonenti olan kənd ərazisində 4 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb. 11 kilometrdən çox 10 kilovoltluq, 9 kilometrdən artıq 0,4 kilovoltluq elektrik xətti dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəzlənib.
Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndləri ilə yanaşı, rayonun Baş Zəyzid və Şirinbulaq kəndlərində də yenidənqurma işləri başa çatıb. Ümumilikdə 1800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]