Şəkinin uşaq rəssamları müharibənin dəhşətlərini əsərlərində əks etdiriblər
Şəki, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Şəki şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə keçirilən “Müharibə uşaqların gözü ilə” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqəyə məktəbin rəssamlıq şöbəsi şagirdlərinin yağlı boya, akvarel, quaş, pastel, karandaş və digər texnikalarla çəkdikləri rəsmlər təqdim edilib. Müsabiqəyə onlayn formada təqdim olunan əsərlər arasında “Qələbəyə doğru”, “Qızğn döyüş”, “Acı xəbər”, “Həzi Aslanov”, “Əhmədiyyə Cəbrayılov”, “Kəndin müdafiəsi”, “Döyüş” və digər rəsmlər xüsusilə diqqəti cəlb edib.
Münsiflər heyətinin qərarına əsasən, Nuray Həmidova birinci, Elvin Abdurəhmanlı və İlahə Qaflanova ikinci, Nırgiz Məcidova, Xədicə Əliyeva və Ayxan Musazadə üçüncü yerə layiq görülüblər. Ləman Məmmədli və Elçin Salamzadə isə həvəsləndirici diplomlarla mükafatlandırılıblar.