Selcan Maqsudova: Əsas məqsədim ölkəmizə medal qazandırmaqdır
Bakı, 13 aprel, AZƏRTAC
Bu gün yaxşı çıxış etdim. Yarışın əvvəlində çox həyəcanlanmışdım və finala düşə bilməyəcəyimdən narahat idim. Lakin təsnifat mərhələsində səkkizinci yerdə qərarlaşaraq finala vəsiqə qazandım. Bu, mənim üçün də gözlənilməz oldu. Finalda yarışacağım üçün çox sevincliyəm.
Bunu Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxış edən Azərbaycan gimnastı Selcan Maqsudova AZƏRTAC-a müsahibəsində deyib.
Yarışda qalib gəlmək üçün var gücü ilə mübarizə aparacağını vurğulayan Selcan Maqsudova bildirib ki, əsas məqsəd ilk üç yerdən birində qərarlaşmaq və ölkəmizə medal qazandırmaqdır.
Batut yarışlarında da finala yüksəlmək istədiyini bildirən S.Maqsudova deyib: “Doğma Vətənimdə çıxış edirəm. İstəyirəm ki, bütün Azərbaycan xalqını və gimnastika həvəskarlarını qələbə ilə sevindirim. Bizə yaradılan yüksək şərait və burada hökm sürən gözəl əhval-ruhiyyə sayəsində özümü yarışda deyil, məşqdəki kimi rahat hiss edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]