Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənaye Korporasiyası hesabat iclası keçirib

Sənaye Korporasiyası hesabat iclası keçirib

Bakı, 10 aprel, AZƏRTAC

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Mərkəzi Aparatın və törəmə müəssisələrin rəhbər heyətinin iştirakı ilə 2020-ci ilin yekunlarına və qarşıda görüləcək işlərə həsr edilmiş videokonfrans formatında hesabat iclası keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, iclasda 2020-ci il qlobal pandemiya səbəbindən dünya iqtisadiyyatı üçün çox çətin bir il olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, dünya iqtisadiyyatında yaranmış durğunluq və geriləmə ölkəmizə də təsir edib, bunun da nəticəsində iqtisadi fəallıq aşağı düşüb. Sərt karantin səbəblərindən bir çox ölkələr ciddi qapanma tədbirləri görərək sərhədləri bağlamaq məcburiyyətində qalıb ki, bu da xarici bazarlara çıxışı, potensial investorların cəlbi prosesini, marketinq və satış imkanlarını aşağı salıb. Həmçinin 44 günlük Vətən müharibəsi zamanı hərbi vəziyyət səbəbindən bəzi müəssisələrin təsərrüfat fəaliyyətində müəyyən fasilələr yaranıb. Bu çətinliklərə baxmayaraq, korporasiya müəyyən dayanıqlıq göstərə bilib və qeyd edilmiş təsirləri yumşaldaraq ili müsbət nəticələrlə başa vurub. Belə ki, istər məhsul tədarükündə, istər emal və istehsal prosesində, istərsə də xidmətlərin göstərilməsində fasiləsizlik təmin olunub, işçi qüvvəsi ilə bağlı heç bir ixtisarlara yol verilməyib, əməkhaqqı, müvafiq vergi və sosial ayırmalar vaxtında ödənilib, aqrar və sənaye sahələrinin inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilib.

Sonra hər bir müəssisə üzrə maliyyə nəticələrinin müzakirəsi davam edib və qeyd olunub ki, hazırda müəssisələrdə kənar audit prosesi davam etməkdədir. ASC üzrə qazanılmış nailiyyətlərdə korporasiyanın ən iri müəssisəsi olan “Azəralüminium” MMC-nin rolu xüsusilə vurğulanıb. İlin ilk 8 ayı üzrə dünya birjalarında alüminiumun qiymətinin düşməsi müəssisənin göstəricilərinə mənfi təsir etsə də, müəssisə tam istehsal gücü ilə işləməkdə davam etmiş və biznes proseslərində müəyyən optimallaşdırmalar tətbiq edərək proqnoz ediləndən daha çox mənfəət əldə edə bilib.

Korporasiyanın ən iri müəssisələrindən olan “Azərpambıq ASK” MMC də ili mənfəətlə başa vurub. Müəssisə xam pambıq tədarükü və məhsul istehsalı üzrə büdcə proqnozunda nəzərdə tutulmuş həcmlərə nail olub və istehsal etdiyi məhsulun satışı strategiyasını uğurla quraraq ilin sonuna doğru xarici bazarlara məhsul satışı həcmlərini artırıb və maliyyə vəziyyətinin stabilləşməsinə nail ola bilib.

Qeyd edilib ki, büdcə proqnozlarından artıq nəticə göstərən müəssisələrdən biri də “Azəripək” MMC olub. Müəssisə rəhbərliyi tərəfindən həm daxili bazar, həm də xarici bazarlarda satış imkanları ətraflı təhlil edilib, düzgün marketinq tədbirləri həyata keçirməklə gəlirlərin artırılmasına nail olunub. Barama, ipək parça və müxtəlif ipək məhsullarının satışı ilə yanaşı, həmçinin Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini yaşatmaq, bu qədim sənət növünü nəsildən-nəsilə ötürmək məqsədilə müəssisənin xalça sexi fəaliyyətini bərpa edib və ipək xalça istehsalına başlanılıb ki, bu istiqamətdə də tanıtım işləri davam etdirilir. Bundan əlavə, Azərbaycanın zəngin milli mədəniyyətinin genlərini daşıyan, əsl mədəniyyət nümunəsi sayılan kələğayının istehsal həcminin artırılması, bu qədim irsin yeni dövrün tələblərinə uyğun işlənməsi, öyrənilməsi və dünya bazarlarına çıxışı, eləcə də tanınması, milli brendin təşviqi istiqamətində də “Azəripək” MMC tərəfindən yola saldığımız ildə əsaslı addımlar atılıb.

Əvvəlki illər ilə müqayisədə öz gəlirlərini və əməliyyat mənfəətini əhəmiyyətli dərəcədə artıran müəssisələr arasında “ASK Ayaqqabı Fabriki” MMC də qeyd olunub. Fabrik əsasən Azərbaycan Respublikasının güc strukturları üçün (Müdafiə Nazirliyi, DİN-nin Daxili Qoşunları, DİN-in Təchizat İdarəsi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti - Milli Qvardiya) təbii dəridən uzunboğaz əsgər və dənizçi botları, zabit heyəti və qadın hərbi qulluqçuları üçün yay və qış çəkmələri, kazarma və hospital başmaqları istehsal etməklə yanaşı, həmçinin istehsalatda, tikintidə, limanda və dəmir yollarında çalışan fəhlələr üçün xüsusi ayaqqabılar, kişi və qadınlar üçün müxtəlif çeşiddə ayaqqabılar və idman ayaqqabıları da istehsal edir.

İllər üzrə istehsal və satış həcmlərini, həmçinin əməliyyat mənfəətini artıran müəssisələrdən biri də “ASK Şüşə MMC” olub. Belə ki, 2020-ci il ərzində həyata keçirilmiş infrastruktur layihələr, investisiya qoyuluşu və texnoloji proseslərdəki təkmilləşdirmələr istehsal həcminin artırılmasını şərtləndirib. Təəssüflə qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası səbəbindən iaşə sektorundakı tənəzzül müəssisənin satış imkanlarını xeyli aşağı salıb və zavodun istehsal gücündən tam istifadəni mümkünsüz edib. Buna baxmayaraq müəssisə ili əməliyyat mənfəəti ilə başa vurub və göstəricilərini əvvəlki illər ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib.

2020-ci ildə əsas fərqlənən müəssisələrdən biri də “ASK Şəki Su Elektrik Stansiyası” MMC-dir. Əvvəlki illər ilə müqayisədə yağıntıların az olması və il ərzində davam edən quraqlıq səbəbindən çayda suyun səviyyəsi aşağı olub, bu da elektrik enerjisinin istehsalında və satışında əhəmiyyətli azalmaya gətirib çıxarıb. Buna baxmayaraq müəssisədə effektiv idarəetmənin tətbiq edilməsi nəticəsində təsərrüfat fəaliyyətinin fasiləsizliyi təmin edilmiş və öhdəliklərin yerinə yetirilməsinə nail olunub.

COVID-19 pandemiyası səbəbindən xarici bazarlara çıxış imkanlarının azalması “Azərtütün ASK” MMC-nin maliyyə nəticələrinə mənfi təsir göstərib, müəssisə büdcədə nəzərdə tutulmuş hazır məhsul satışı üzrə proqnozu kəsirlə icra edərək ili zərərlə başa vurub. Satışların azalması nəticəsində müəssisənin maliyyə öhdəliklərinin icrasında müəyyən yubanmalar yaranıb ki, bu da əlavə kredit resurslarının cəlb edilməsini qaçılmaz edib.

Pandemiya səbəbindən tətbiq olunan sərt karantin rejimində bir sıra sahələrin fəaliyyətinin qismən, bəzi sahələrin fəaliyyətinin isə tam dayanması planlaşdırılan tikinti layihələrinin dayanması ilə nəticələnib və bu da əsas sifarişçiləri tikinti sektorunda olan “ASK İzolit” MMC-nin fəaliyyətinin demək olar ki, dayanmasına və 2020-ci ili zərərlə başa vurmasına gətirib çıxarıb.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə tərəfindən fəaliyyətini zərərlə başa vurmuş törəmə müəssisələrin 2021-ci il üçün prioritet və hədəflərinin müəyyənləşdirilməsi, bazar tendensiyalarının öyrənilməsi, yüksək tələbat olan məhsulların müəyyən edilməsi və istehsal həcminin genişləndirilməsi, potensial bazarlara çıxış yollarının araşdırılmasına dair tapşırıqlar verilib. Korporasiyanın rəhbəri qarşıya qoyulan hədəflərə uyğun olaraq uzunmüddətli perspektivdə davamlı inkişafın və fəaliyyətin təmin edilməsinə nail olunması istiqamətində tövsiyələrini də bildirib.

İclasın sonunda konsolidə edilmiş maliyyə göstəriciləri nəzərdən keçirilib və qeyd edilib ki, Korporasiya amortizasiya, kredit faizi və vergi xərclərindən öncəki mənfəət (“EBİTDA”) göstəricisi üzrə ili müsbət nəticələrlə başa vurub. Korporasiya rəhbərliyi tərəfindən 2020-ci ildə əldə edilmiş bu müsbət nailiyyətə görə Mərkəzi Aparatın və törəmə müəssisələrin kollektivlərinə təşəkkür edilib, 2021-ci ilin tədbirlər planı üzrə qarşıda görüləcək işlər ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verilib, əsas istiqamətlər və prioritetlər qeyd olunub, müasir texnologiyalar və beynəlxalq təcrübədən maksimum faydalanmaq, vaxtında və düzgün biznes qərarlarının verilməsi üçün uçot, hesabatlılıq, təhlil, planlaşdırma və daxili nəzarət proseslərinin daim təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi zəruriliyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb