Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsinə təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Nasim Abışov bakalavr təhsilini Bakı Dövlət Universitetində kimya müəllimi ixtisası üzrə tamamlayıb, fiziki kimya ixtisası üzrə aspirantura təhsili alıb. O, kimya elmləri üzrə fəlsəfə doktoru, pedaqogika elmləri doktoru elmi dərəcələrinə sahibdir. Həmçinin, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü və professor elmi adına layiq görülüb.
O, müxtəlif illərdə pedaqoji və rəhbər vəzifələrdə çalışıb. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasında Fiziki kimya kafedrasında assistent, H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra müdiri, tədris hissə müdiri və direktor, Bakı Dövlət Universitetində Kimyanın tədrisi metodikası kafedrasında dosent və professor olaraq fəaliyyət göstərib.
Nasim Abışov, həmçinin 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]