SƏNƏDLİ FİLMİN İSTEHSALI BAŞA ÇATMIŞDIR
AZƏRTAC “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Elturan Avalov” adlı sənədli filmin istehsalı başa çatmışdır.
Gülbəniz Hüseynovanın ssenarisi əsasında rejissor Cahangir Mehdinin quruluşunda çəkilmiş yeni televiziya filmində alim, memar, rəssam, bəstəkar, professor Elturan Avalovun çoxşaxəli yaradıcılığından söhbət açılır.
Ixtisasca memar olan E.Avalovun əsas tədqiqat obyekti Şuşa memarlığıdır. Azərbaycan təsviri sənətində də xüsusi yeri olan rəssamın ölkəmizin tarixi memarlıq abidələri Şuşanın, İçərişəhərin tikililərinə həsr edilmiş qrafik lövhələri, “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlərinə çəkdiyi parodiyaları sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Musiqi də E.Avalov yaradıcılığının ayrılmaz hissəsidir. Sənətkarlar onun bəstələrini memarlığımızın musiqidə ifadəsi kimi təqdir edirlər.
Bütün bular barədə filmdə maraqlı süjetlər vardır.
Filmin operatoru Adil Abbasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]