Serbiyada ən gəlirli şirkətlər əcnəbilərə məxsusdur
Belqrad, 23 noyabr, AZƏRTAC
Serbiyada ən uğurlu şirkətlər sırasında xarici kapitallı şirkətlər üstünlük təşkil edir.
AZƏRTAC xəbər verir ki, ölkə iqtisadiyyatının ötən il pandemiyadan üzüağ çıxmasına baxmayaraq, yerli şirkətlərin əksəriyyəti itki ilə üzləşib. Ən yüksək kommersiya gəlirlərinə malik şirkətlər sırasında isə “Tiger Tylers”, “Telenor”, “Zijin Cooper”, “Coca-Cola HBC Serbia” kimi əsasən xarici kapitallı şirkətlər qərarlaşıb.
“Business Top 2020/21” hesabatına görə, ölkədə ən mühüm sənaye sahələrinin bir çoxu cari ildə bərpa olunmağa başlayıb. Kənd təsərrüfatı və yeyinti sənayesi xarici ticarətdə müsbət saldoya malik olmaqda davam edir. Lakin keçənilki rekord göstəriciyə baxmayaraq, quraqlığın təsirləri səbəbindən bu il kənd təsərrüfatı məhsullarının istehsalının aşağı olacağı gözlənilir. Yeyinti sənayesində nəzərəçarpacaq dərəcədə azalma var. Ən böyük qeyri-müəyyənlik isə turizm, qida və içki sənayesində müşahidə olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]