DÜNYA
Sercio Mattarella: Çindən daha çox investisiyaya ehtiyacımız var
Roma, 9 noyabr, AZƏRTAC
İtaliya Çini vacib tərəfdaş kimi görür, qarşılıqlı əməkdaşlığın artım potensialı mövcuddur və daha çox investisiyaya ehtiyacımız var.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə deyib. Sercio Mattarella iki ölkənin siyasi müstəvidə və beynəlxalq arenada sülh, çoxtərəflilik, iqtisadi münasibətlərdə açıqlıq istəyi olan əlaqələrə malik olduğunu bildirib.
Görüşdə İtaliya ilə Çin arasında ticarət əlaqələrinin inkişafında yenidən balanslaşdırmaya ehtiyac olduğu bildirilib, müxtəlif sahələrdə, xüsusilə aerokosmik sahədə əməkdaşlıq müzakirə edilib. Həmçinin İtaliya-Çin Mədəniyyət Forumunun nəticələrinin təqdimatı olub, iki ölkə arasında sazişlər imzalanıb.
Sercio Mattarella dövlət səfəri çərçivəsində Çinin Baş naziri Li Qiang və Ümumçin Xalq Nümayəndələri Konqresinin sədri Zhao Leji ilə görüşlər keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma