Şərqşünas alimin məqaləsi Türkiyədə beynəlxalq jurnalda dərc olunub
Bakı, 8 yanvar, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Orta əsrlərdə Azərbaycan və özbək ədəbi əlaqələri: ədəbi təsir, ortaq mövzular” məqaləsi Türkiyədə “Turkuaz” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələrinin tarixindən bəhs edilir. Müəllif orta əsrlər Azərbaycan poeziyasının özbək ədəbiyyatında rolu, özbək poeziyasının bu istiqamətdə inkişafı, bədii təsir, ənənələr və təmayüllər kimi ədəbi məsələləri araşdırıb. Yazıda klassik Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin özbək klassikləri Əlişir Nəvai, Mövlanə Lütfi, Səkkaki, Muqimi və başqa özbək şairlərinin sənətinə təsirindən, ortaq mövzularda qələmə alınan əsərlərdən, bədii tərcümənin ədəbi əlaqələrin inkişafında rolundan bəhs olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]