Şərqşünaslıq İnstitutunun əməkdaşları ABŞ universitetlərinin sertifikatlarına layiq görülüblər
Bakı, 28 dekabr, AZƏRTAC
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Solmaz Namazova və Təbriz Ağaşov İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AMEA-nın Rəyasət Heyətinin təşkil etdiyi müasir rəqəmsal dünyada mühüm rolu olan proqramlaşdırma dilləri - "Introduction to HTML5", "HTML, CSS, and Javascript for Web Developers", "AI for Everyone" kurslarını müvəffəqiyyətlə başa vurublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, S.Namazova və T.Ağaşov ABŞ-ın Michigan və Johns Hopkins universitetlərinin sertifikatlarına layiq görülüblər.