Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Ələkli kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Şərur, 6 noyabr, AZƏRTAC

Muxtar respublikanın kəndlərində müasir infrastrukturun yaradılması və yeni sosial obyektlərin istifadəyə verilməsi insan amilinə göstərilən dəyərin daha bir ifadəsidir. Aparılan quruculuq işləri kəndlərdə idarəetmənin səmərəli təşkilinə, gənc nəslin hərtərəfli təhsil almasına, məskunlaşmanın artmasına, sakinlərin isə rahat və firavan yaşayışına xidmət edir. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonuna da bu inkişaf və tərəqqidən pay düşüb. Son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olub.

Ələkli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Noyabrın 6-da Ələkli kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Şərur rayonu da yeni inkişaf mərhələsinə yüksəlib. Kəndlərin abadlaşması, fərdi təsərrüfatların genişlənməsi və yeni iş yerlərinin açılması insanların rahat yaşayışına və məskunlaşmanın artmasına səbəb olub. Bu ilin ötən dövründə Şərur rayonunda 3 məktəb binası, 3 kənd mərkəzi, 3 xidmət mərkəzi, rayon Mərkəzi Xəstəxanası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda Ərəbyengicə kəndində tam orta məktəbin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzinin tikintisi, Yengicə kəndində XVIII əsrə aid hamamın bərpası, Şərur şəhərində 60 mənzilli yaşayış binasının yenidən qurulması, eləcə də Şərur şəhərinin içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.

Ələkli kənd tam orta məktəbinin direktoru İsrafil Quliyev deyib ki, geniş quruculuq işlərinin aparılması Ələkli kəndini müasir kəndlərin sırasına qoşub. Kənddə müasirtipli məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına göstərilən qayğının davamıdır. İsrafil Quliyev yaradılan hərtərəfli tədris şəraitinə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tövsiyə edirdi ki, “Ölkəmizin gənclərini təhsilli etmək üçün müasir tələblərə cavab verən məktəb binalarının tikilməsi ilə məşğul olmalıyıq”. Müasir məktəb binasında tədrisin təşkili üçün lazımi şərait yaradılır, kitabxana, idman qurğuları, laboratoriyalar, fənn kabinələri istifadəyə verilir, yeni texnologiyalar və ən son tədris metodları tətbiq olunur. Bu gün istifadəyə verilən Ələkli kənd tam orta məktəbi də müasir tədrisin tələblərinə uyğun qurulub.

Ali Məclisin Sədri bu münasibətlə kollektivi təbrik edərək deyib: Məktəbdə elektron lövhələr, kompüter sinifləri, zəngin kitabxana, gənclərin sağlam böyüməsi üçün idman qurğuları və zalı istifadəyə verilmiş, təhsil ocağı bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunmuşdur. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, təhsilli gənclər yetişdirilməlidir. Orta məktəbi bitirən hər bir gənc özünə peşə seçməli, ölkəmiz üçün yararlı vətəndaş kimi yetişməlidir. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin hazırlanması isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, tədris düzgün qurulub. Yaradılan şəraitdən səmərəli istifadə nailiyyətlərin daha da artmasına və Ələkli kənd tam orta məktəbinin muxtar respublikanın qabaqcıl məktəbləri sırasına qoşulmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, məktəb binasının tikilməsində əməyi olanlara təşəkkür edib.

Üç mərtəbəli məktəb binası 234 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı var.

Ali Məclisin Sədri kitabxanada, sinif otaqlarında və fənn kabinələrində olub, tədrisin təşkili ilə maraqlanıb.

Məktəbin kitabxanasında 1030-u dərslik və 2160-ı bədii ədəbiyyat olmaqla 3190 kitab müəllim və şagirdlərin istifadəsinə verilib, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kimya-biologiya və fizika laboratoriyaları tədris planına uyğun təcrübi avadanlıqlarla təmin olunub, dəqiq elmlər üzrə elektron dərslik bazası yaradılıb. Tədris prosesində yeni texnologiyaların tətbiqinə geniş yer verilib, 19 kompüter dəsti quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli sinifdə muxtar respublikanın 201 ümumtəhsil məktəbi ilə Hüseyn Cavidin ev muzeyi arasında keçirilən distant dərs izlənilib.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri onları təbrik edib, məktəbdə yaradılan müasir şəraitin tədrisin hərtərəfli təşkilinə imkan verəcəyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Gənc müəllim Sahil Əlizadə pedaqoji kollektiv adından minnətdarlıq edərək deyib: Bu gün muxtar respublikada gənclərə xüsusi qayğı göstərilir, onlar səhiyyə, mədəniyyət, təhsil, dövlət qulluğu və digər sahələrdə işlə təmin olunurlar. Mən də bu il keçirilən təhsil yarmarkasında iştirak edərək, Ələkli kənd tam orta məktəbinə təyinat almışam. Məktəbdə ingilis dili fənnini tədris edirəm. Fəaliyyətim üçün hər cür şərait yaradılıb. Müasir məktəb binasının istifadəyə verilməsi məsuliyyətimizi daha da artırır. Söz veririk ki, göstərilən etimadı doğruldacaq, gənclərin hərtərəfli təhsil alması üçün səylə çalışacağıq.

Binanın həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.

Ələkli Kənd Uşaq Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılmasına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması və uşaq musiqi məktəbləri üçün müasir binaların istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. 

Noyabrın 6-da Ələkli Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, musiqi məktəbində 23 sinif otağı, direktor otağı, müəllimlər otağı, konsert zalı, musiqi alətlərinin təmiri otağı və kitabxana var. Kitabxana musiqi nəzəriyyəsinə aid tədris vəsaitləri və ədəbiyyatlarla təmin olunub. Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəbdə şagirdlərin istifadəsinə 5 pianino verilib. Musiqi məktəbində xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir, tar, kamança, fortepiano, qarmon, nağara və saz ixtisasları üzrə musiqiçi kadrlar hazırlanır. Həmçinin məktəbdə xalq çalğı alətləri, sazçalanlar və nağaraçalanlar ansamblları, xor kollektivi və uşaqlardan ibarət həvəskar yallı qrupu da yaradılıb.

Ali Məclisin Sədri kitabxananın musiqi nəzəriyyəsinə aid dərslik və ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar verib.

Musiqi alətlərinin təmiri otağına baxış zamanı milli musiqi alətlərinin təmiri və hazırlanması ilə məşğul olan gənc sənətkar Rəşad Həsənli minnətdarlıq edərək deyib ki, o, milli musiqi alətlərinin hazırlanması üzrə kurs keçib. Bu sahəyə böyük marağı var. Yaradılan şərait daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.

Ali Məclisin Sədri hazırlanan milli musiqi alətlərinə baxıb, gənc sənətkarların fəaliyyəti üçün bundan sonra da lazımi şəraitin yaradılmasının vacibliyini bildirib.

Sonra Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşüb, onları yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün Ələkli Kənd Uşaq Musiqi Məktəbində 3 şöbədə 6 ixtisas üzrə musiqi dərsləri keçirilir. Ətraf kəndlərdən olan gənclər də məktəbdə musiqi təhsili alır. Bu da gənclərin asudə vaxtının səmərəli təşkili, onların istedadının üzə çıxarılması və milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait imkan verəcəkdir ki, məktəbə daha çox gənclər cəlb olunsun, tədris olunan ixtisasların sayı artırılsın.

Ali Məclisin Sədri deyib: Musiqi duyumu olanlar, musiqi alətlərində ifa etməyi bacaranlar xüsusi istedada malik insanlardır. Bu istedadların üzə çıxarılması, qədim və zəngin musiqi ənənələrimizin davam etdirilməsi isə kollektivin qarşısında duran əsas vəzifələrdir. Müəllimlər milli musiqimizlə yanaşı, dünya musiqisini də gənc nəslə öyrətməlidirlər. Naxçıvan Musiqi Kollecində və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müxtəlif ixtisasların fəaliyyət göstərməsi musiqi məktəbini bitirən gənclərin öz təhsillərini davam etdirməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Məktəbin müəllimi Aidə Əsgərova minnətdarlıq edərək deyib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Ələkli Kənd Uşaq Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olub. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər.

Konsert zalında Ələkli Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri maraqlı musiqi nömrələri təqdim ediblər.

Ali Məclisin Sədri musiqi nömrələrini izləyib, şagirdləri uğurlu çıxışlarına görə təbrik edib.

Dövlət qurumları yeni kənd mərkəzində fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələkli Kənd Mərkəzinin də açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzinin birinci mərtəbəsində kitabxana, rabitə evi, feldşer-mama məntəqəsi, polis sahə və baytarlıq məntəqələri yerləşir. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika otağı, mədəniyyət evi üçün otaqlar və 42 yerlik zal isə binanın ikinci mərtəbəsindədir. Əhalinin maariflənməsində və asudə vaxtın səmərəli təşkilində əvəzsiz rolu olan kənd kitabxanasında oxucular üçün lazımi şərait yaradılıb. Burada 7472 kitab var.

Baytarlıq məntəqəsi üçün ayrılan iş otağında lazımi dərman preparatları qoyulub. Kənd mərkəzindəki rabitə evində poçt şöbəsinin fəaliyyəti təmin olunub, 512 yerlik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Cavid Hüseynov yaradılan şəraitə görə minnətdarlıq edib, bu şəraitin fəaliyyətlərini daha da genişləndirəcəyinə imkan verəcəyini bildirib.

Ali Məclisin Sədri kənddə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə maraqlanıb.

Bildirilib ki, feldşer-mama məntəqəsi lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub. Tibb işçiləri kənddə peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına ciddi diqqət yetirirlər.

Ələkli kəndində yeni xidmət mərkəzi və mərasim evinin açılışı olub

Noyabrın 6-da Ələkli kəndində yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, kəndlərdə bu cür xidmət obyektlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzin istifadəyə verilməsi həm də kənddə yeni iş yerlərinin açılmasına səbəb olub. Hazırda burada 6 nəfər daimi işlə təmin olunub.

Mərkəzlə tanışlıqdan sona Ali Məclisin Sədri sakinlərlə görüşüb.

Ali Məclisin Sədri deyib: Kəndlərdə abadlıq-quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi insanlarda ölkəmizin sabahına inam yaradır. Bu gün Ələkli kəndində geniş quruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirilmişdir. Ələkli kəndi müasir Azərbaycan kəndinin nümunəsidir. Kənddə yaradılan şərait sakinlərin rahat yaşayışına xidmət edir. Ona görə də sakinlər uzun illər ərzində formalaşmış təsərrüfat ənənələrini davam etdirməli, torpaqları əkməli, Ələkli kəndinin bugünkü müasir görkəmini qoruyub saxlamalıdırlar.

Kənd sakini Vaqif Bayramov minnətdarlıq edərək deyib: Aparılan quruculuq işləri və yaradılan müasir infrastruktur Ələkli kəndinə qəsəbə görkəmi verib. Kəndin bütün sosial problemləri həll olunub. Artıq övladlarımız müasir məktəbdə təhsil alacaqlar. Kənd sakinləri əsasən əkinçiliklə məşğul olurlar. İstehsal etdiyimiz məhsulu bazar və yarmarkalarda rahat şəkildə satırıq. Bu da imkan verir ki, təsərrüfatlarımızı daha da genişləndirək.

Həmin gün Ali Məclisin Sədri kənddə tikilən yeni mərasim evinə də baxıb.

Kənd ağsaqqalı Arif Kazımov deyib: Bu gün Ələkli kəndinin həyatında əlamətdar gündür. Aparılan quruculuq işləri sakinlər tərəfindən minnətdarlıqla qarışlanır. Yeni mərasim evinin tikilməsi sakinlərin rahatlığını təmin etməklə yanaşı, həm də bizim dəyərlərimizə hörmətin bariz nümunəsidir. Bütün bunları görərkən bir daha əmin oluruq ki, ulu öndərimiz Heydər Əliyevin arzuları reallığa çevrilib.

Sonra iki zal və mətbəxdən ibarət olan mərasim evinə baxış olub. Binaya su, elektrik və qaz xətləri çəkilib, mətbəx zəruri inventarla təchiz edilib.

Kənd yolu müasir tələblərə uyğun qurulub

Noyabrın 6-da Ələkli kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 5300 metrlik avtomobil yolunun hərəkət hissəsi genişləndirilərək asfalt örtük salınıb. Yolda tikinti işləri mühəndis-texniki tələblərə uyğun aparılıb, 125 su keçidi, 2 su ötürücü qoyulub, 2230 metr uzunluğunda beton kanal çəkilib.

X X X

Ələkli kəndində quruculuq işləri aparılarkən bir sıra abadlıq işləri də görülüb. Kənddə rabitə, elektrik, qaz və su xətləri yenilənib, 2310 metr fiberoptik kabel, 13 min 580 metr rabitə, 670 metr elektrik və 380 metr qaz xətti çəkilib, əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə 1 kilometrlik içməli su xətti bərpa olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb