DÜNYA
Səudiyyə Ərəbistanında Qırmızı dəniz hövzəsi ölkələrinin birgə hərbi təlimləri keçirilir
Ər-Riyad, 30 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanında Qırmızı dəniz hövzəsinin altı ölkəsinin iştirakı ilə “Qırmızı dalğa-1” birgə hərbi təlimləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərinin yaxınlığında beş gün ərzində keçiriləcək təlimlərə Səudiyyə Ərəbistanının, Misirin, İordaniyanın, Sudanın, Cibutinin və Yəmənin hərbi qüvvələrinin xüsusi təyinatlı heyəti və dəniz qüvvələri bölmələri cəlb olunublar. Somali təlimlərdə müşahidəçi qismində iştirak edir.
Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələrinin baş komandanı Fəhd bin Abdulla əl-Qafili bildirib ki, “Qırmızı dalğa-1” təlimlərinin əsas məqsədi iştirakçı ölkələrin müdafiə potensialının möhkəmləndirilməsindən, təcrübə mübadiləsinin aparılmasından və Qırmızı dəniz akvatoriyasında təhlükəsizliyin qorunmasından ibarətdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]